Tarix : 2017 Apr 12
Kod 51495

Gürcüstanın İmam Əlinin (ə) mövludu keçirildi

Tədbir Gürcüstan Müsəlmanları İdarəsinin və yerli dini təşkilatların təşəbbüsü ilə yüksək səviyyədə təşkil olunub.
Arannews- Peyğəmbərin vəsisi Hz. Əlinin (ə) ad günü münasibəti ilə Gürcüstanın bir çox yerlərində olduğu kimi Qardabani şəhərində də qeyd olunub. Tədbir Gürcüstan Müsəlmanları İdarəsinin və yerli dini təşkilatların təşəbbüsü ilə yüksək səviyyədə təşkil olunub.
Tədbirdə elm və ictimaiyyət xadimləri və regionlardan dəvət olunan din xadimləri və inanclı müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı Pərviz Abdullayev, Hacı Anar Bayramovun Quran tilavətindən sonra təbrik üçün sözü Hacı Namiq Hüseynova verib. Sonra səhnəyə dəvət edilən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Danışan (Natiqi) Quran və eyni zamanda Yaşayan canlı Quran olan Hz. Əlinin (ə) fəzilətlərindən və yüksək insani keyfiyyətləri haqda danışıb.
Hz. Əlini (ə) sevib özünü onun ardıcılı hesab edən müsəlmanların ondan örnək almalarını, həyatları boyunca danışıq və davranışlarında Peyğəmbər (s) və pak Əhlibeytinin yolunu getmələrinin qurtuluş və səadəti üçün önəmli olduğunu bildirib.
Sonra Almaniyada İmam Əli (ə) adına İslam Mərkəzinin sədri və Dusseldorf şəhərinin İmam Cüməsi Məhəmməd Mücahidi və Al-mustafa Elm Mərkəzinin sədri Davud Zare mərasim iştirakçılarını təbrik edərək, çıxışlarında Həzrətin həyatından danışıblar.
Mərasimin xətibi Türkiyə şiələrinin dini lideri Şeyx Səlahəddin Özgündüz Hz. İmam Əlinin (ə) elm və şücaətindən tarixi sitatlar gətirib. Həzrətin yüksək insani keyfiyyətlərindən, misilsiz örnək xüsusiyyətləri haqda mərasim iştirakçılarını məlumatlandırıb. Mərasim gənc Gürcüstanlı məddah Səid Həsənin Hz. Əlinin (ə) şəninə oxuduğu şeir və ilahilərlə davam edib. Sonda qonaqlar bayram süfrəsinə dəvət olunublar.


  • Yazılıb
  • da (də) 2017 Apr 12
  • Göndərən مدير سايت Aran News