Tarix : 2017 Apr 12
Kod 51497

QMİ Sədri: "hər hansı məscidin sökülməsinə tərəfdar ola bilmərəm"

Allahşükür Paşazadə: "Söhbət, ümumiyyətlə məscidin sökülməsindən gedirsə, mən buna tərəfdar deyiləm".
Arannews- Mən hər hansı məscidin sökülməsinə tərəfdar ola bilmərəm
bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Sovetski"də məscidin sökülməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
QMİ sədri bildirib ki: " Söhbət, ümumiyyətlə məscidin sökülməsindən gedirsə, mən buna tərəfdar deyiləm ".
Qeyd edək ki, "Sovetski"də plana düşən "Hacı Cavad" və "Hacı Əbdürrəhim bəy" məscidlərinin adları çəkilir. Həmin məscidlər tarixi abidə olaraq qeydiyyatdan keçiblər.


  • Yazılıb
  • da (də) 2017 Apr 12
  • Göndərən مدير سايت Aran News