Tarix : 2017 Apr 13
Kod 51501

Sərkisyan parlament sədrliyinə öz adamını təyin edir

hazırkı vitse-spiker Eduard Şarmazanov parlament sədri, Armen Aşotyan isə hakim Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri olacaq.
Arannews- Serj Sərkisyan Ermənistan parlamentinin sədrliyinə öz adamını təyin edir.
bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.
 “Bu günlərdə parlament sədrliyinə namizədlər aktiv müzakirə edilir. İndiyə qədər ən inandırıcı namizəd Baş nazir Karen Karapetyanın adamı, rusiyalı oliqarx Samvel Karapetyan sayılırdı. Lakin bizdə olan məlumatlara görə, Serj Sərkisyan artıq bütün parlament rəhbərliyini “gəncləşdirmək” qərarı qəbul edib. O, bütün əsas postlara öz adamlarını təyin edəcək. Nəticədə hazırkı vitse-spiker Eduard Şarmazanov parlament sədri, Armen Aşotyan isə hakim Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri olacaq”, – deyə qəzet bildirib.


  • Yazılıb
  • da (də) 2017 Apr 13
  • Göndərən مدير سايت Aran News