sərgidə 30 ölkə iştirak edir.
Arannews- Bakıda, Diplomatiya Universitetində keçirilən Mədəniyyət və Xalqlar Sərgisndə İran pavilyonu baxış keçirənlərdə böyük maraq doğurub.
Azərbaycan Diplomatik Universitetinin 6-cı Mədəniyyət və Xalqlar Festivalı çərçivəsində keçirilən sərgidə 30 ölkə iştirak edir. Sərgidə mədəniyyət və incəsənət nümunələriilə yanaşı, milli xörəklər və şirniyyatlar da nümayiş etdirilir.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Əlirza Behbudi bu barədə deyib: İran mədəniyyəti, incəsənəti və əl işləri sənayesini tanıtdırmaq üçün bu sərgidə İran pavilyonu da təsis edilib və bu pavilyon baxış keçirənlər xüsusi ilə də Azərbaycan Diplomatiya Universitetinin xarici tələbələrdə böyük maraq doğurub.
İran pavilyonuna baxış keçirənlər İranın zəngin mədəniyyəti və incəsənətindən söz açaraq, İranın qədim sivilizasiyaya malik olduğunu bildiriblər.
Azərbaycan Diplomatiya Universiteti tələbələrini digər ölkələrin mədəniyyəti ilə tanış etmək bu sərginin keçirilməsinin əsas məqsədi olub.