Arannews- Bakıda Hacı Cavad məscidinin dağıdılmasına etiraz edən islamçıların aksiyası təhlükəsizlik qüvvələrinin hücumu ilə nəticələnib.Azərbaycan Respublikası təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə ediblər, nəticədə bir neçə aksiyaçı yaralanıb və həbs edilib.
Azərbaycanın digər rayonlarında da islamçılar Hacı Cavad məscidinin dağıdılmasına qarşı etiraz aksiyalarında iştirak etməyə hazırlıqlarını bildiriblər.
Etirazçılara görə Bakının Hacı Cavad məscidi tarixi abidə olaraq dağıdılmamalıdır.
Öncə də Azərbaycan paytaxtında Hacı Əbdürrəhim bəy məscidi bələdiyyənin abadlıq layihələri planına daxil olduğuna görə dağıdılmışdı.