Tarix : 2017 Apr 15
Kod 51506

Ermənistanın borcu 6 milyarda çatdı

Ermənistanın ən böyük borcu Dünya Bankınadır.
Arannews- Ermənistanın ən böyük borcu Dünya Bankınadır.
Bu barədə informasiyanı Ermənistan Maliyyə Nazirliyi yayıb. Nazirlik hazırda İrəvanın ümumi borcunun 5,996 milyard dollar təşkil etdiyini bildirib. Bunun 78,7%-i xarici, 21,3%-i isə daxili borcdur. 
Ölkənin xarici borclarının 49,9%-i Dünya Bankının, 14,8%-i Asiya Bankı, 6%-i Avrasiya İnkişaf Bankının, 3,6%-i Beynəlxalq Valyuta Fondunun, 2,8%-i Avropa İnvestisiya Bankının, 2%-i birbaşa Avropa Komissiyasının payına düşür.
İrəvanın ən çox borclu olduğu ölkələr isə Yaponiya (7,2%), Almaniya (əsasən KfV bankına 3%), Fransa (əsasən Fransa İnkişaf Agentliyi 2,5%), Rusiyadır (Avrasiya İnkişaf Bankına olan borcu çıxmaq şərti ilə 1,8%). İndiyə qədər Ermənistana hələ də ən böyük qrantları Avropa Birliyi (illik 40-45 milyon avro) ayırır.
Qeyd edək ki, 2016-cı ildə Ermənistanın dövlət borcu 4,317 milyard dollardan 5,934 milyarda çatıb. Nəticədə ölkənin dövlət borcu ümumdaxili məhsulun 56,8%-ni təşkil edib.

  • Yazılıb
  • da (də) 2017 Apr 15
  • Göndərən مدير سايت Aran News