Tarix : 2008 Jun 09
Kod 5151

İİR-nin MƏSLƏHƏTLƏR ŞURASININ SƏDRİ BİR DAHA DÜNYA MÜSƏLMANLARINI BİRLİYƏ DƏVƏT EDİB

Əhlibeyt (ə) məktəbinin davamçıları Quran ilə tanışdırlar və onlar bu ilahi möcüzənin unudulmasına icazə verməyəcəklər
Iran Servisi/Aran Agentliyi
 Müxbirimizin məlumatına görə İslami Məzhəblər arasında dialoq adı altında keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Ərəbistana səfər etmiş Ayətullah Haşimi Rəfsəncani Mədinə şəhərində İslam İnqilabının böyük rəhbərinin ofisində ömrə həcc mərasimində iştirak etmək üçün ərəbistana gəlmiş züvvarlar ilə görüşdə bütün dünya müsəlmanlarının birlik uğrunda səy göstərmələri və ixtilafların aradan qaldırılmasına çalışmalarını istəyib .
  Haşimi Rəfsəncani Qruan Kərimi İslam ümmətinin ən dəyərli sərvəti adlandıraraq deyib : Əhlibeyt (ə) məktəbinin davamçıları Quran ilə tanışdırlar və onlar bu ilahi möcüzənin unudulmasına icazə verməyəcəklər .
  İranın İslami Şura Məclisinin sədri artırıb : Əgər bütün müsəlmanlar həccin həqiqi mahiyyəti və ruhuna diqqət göstərsələr müsəlmanlar arasında elə bir birlik yaranar ki , onun bərəkətli nəticələri hamını əhatə edər .
  Ayətullah Haşimi Rəfsəncani müsəlmanlar arasındakı ixtilafların düşmənlərin sevincinə səbəb olmasına təkid edərək deyib : Həcc ruhu reallaşarsa İslam dünyası bütün müsəlmanların birliyinin şahidi olacaq .
  • Yazılıb
  • da (də) 2008 Jun 09