İnsanların və ölkələrin bombardman edilməsi ABŞ-ın milli təhlükəsizliyini möhkəmləndirməyəcək.
Arannews- İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: ABŞ və onun bəzi müttəfiqlərinin birtərəfli hərəkətləri regionda böhranların siyasi yolla həlli üzrə səyləri uğursuz qoyub.
Əli Şəmxani Tehranda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşdə ABŞ-ın Əfqanıstanda iri və tanınmamış silahlardan və bombalardan istifadə etməsinin qeyri qanuni olduğunu deyib və bildirib: İnsanların və ölkələrin bombardman edilməsi ABŞ-ın milli təhlükəsizliyini möhkəmləndirməyəcək. Əksinə regionda terrorçuların güclənməsinə səbəb olacaq.
Şəmxani həmçinin, İran və Azərbaycan arasındakı ortaqlıqlara işarə edərək, hərbi, siyasi, mədəni, dini və regional məsələlərlə bağlı əməkdaşlıqların genişləndirilməsinə təkid edib.
General-polkovnik Zakir Həsənov da bu görüşdə İran və Azərbaycanın ortaq təhdidlərinə işarə edərək, deyib: İranİslam Respublikası terrorizm ilə mübarizədə dəyərli təcrübələrə malikdir və iki ölkə arasında sıx əməkdaşlıq yolu ilə bu təhdidlər ilə mübarizənin aparılmasına səy göstərilir.