Tarix : 2017 Apr 17
Kod 51517

Azərbaycan və Ermənistan Dağlıq qarabağ münaqişəsinin hlində əcnəbilərə müdaxilə imkanı verməyəcəklər

Müdafiə Nazir: "Azərbaycan və Ermənistan bu münaqişənin dinc yolla həllinə sadiq qalacaq və əcnəbilərə bu mövzuda müdaxilə imkanı verməyəcəklər".
Arannews- Azərbaycan Respublikasının müdafiə naziri deyib: Azərbaycan İran islam Respublikası ilə sərhədlərinin təhlükəsizliyinin təmininə öhdəliklidir və bu sərhədlərin təhlükəsizliyinin pozulmasına imkan verməyəcək.
General Palkovnik Zakir Həsənov Tehranda İran İslam Respublikasının müdafiə naziri General Mayor Hüseyn Dehqan ilə görüşündə İranın dost ölkə olduğunu xatırladaraq deyib: Azərbaycan İranla müdafiə əməkdaşlıqlarının genişləndirilməsində maraqlıdır və iki ölkə başçılarının son müzakirələri qarşılıqlı əməkdaşlıqların inkişafına şərait yaradıb. 
Azərbaycan Respublikasının müdafiə naziri regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkid edib. 
Görüşdə İranın müdafiə naziri General Mayor Hüseyn Dehqan da İran və Azərbaycan xalqlarının dini, tarixi, mədəni ortaqlıqlarının dünyada misli az olan səviyyədə olduğunu vurğulayaraq deyib: İki ölknin dövlət başçılarının ayrı-ayrı görüşləri və siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı əməkdaşlıqlar münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. 
General Dehqan Azərbaycan-Ermənistan dağlıq qarabağ münaqişəsi barədə isə ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan bu münaqişənin dinc yolla həllinə sadiq qalacaq və əcnəbilərə bu mövzuda müdaxilə imkanı verməyəcəklər. 


  • Yazılıb
  • da (də) 2017 Apr 17
  • Göndərən مدير سايت Aran News