Tarix : 2017 Apr 17
Kod 51518

AB Türkiyənin diktaturaya doğru hərəkətindən nigarandır

AB referendumda səsvermə zamanı baş verən saxtakarlığa dair beynəlxalq müşahidəçilərin qiymətləndirməsini gözləyir.
Arannews- Avropa Birliyi Türkiyə hökumətindən bu ölkə prezidentinə əlavə səlahiyyətlərin verilməsi üzrə referendumda "Bəli" zəif qələbəsindən sonra istəyib ki, daha geniş milli kollektivin ardınca olsun.
Avropa Birliyi komissarı can Klod Yunker, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini, Avropa Birliyinin inkişaf komissarı Yuhannes Hun və türkiyəli müxaliflər bu ölkənin diktaturaya doğru hərəkətindən nigaranlıq edərək müştərək bəyanatda bildiriblər: Konstitusiyaya düzəliş, xüsusilə Avropa Birliyinə üzvlük namizədi olaraq və Avropa Şurasının üzvü olaraq Türkiyənin öhdəlikləri çərçivəsində bu düzəlişin icra olunması dəyərləndiriləcək. 
Bu bəyanatda bildirilir: Avropa Birliyi müxalifətin bildirdiyinə görə, referendumda səsvermə zamanı baş verən saxtakarlığa dair beynəlxalq müşahidəçilərin qiymətləndirməsini gözləyir. 
Avropa Birliyi uğursuz iyul çevrilişindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın genişmiyqaslı təmizləməsi haqda öz nigaranlığını dəfələrlə bildirib. 
Türkiyə prezidenti Avropa Birliyi ilə əlaqələri öz mübarizələrinin mərkəzinə çevirib və Brüsseli Türkiyənin Avropa Birliyində üzvlüyü ilə əlaqədar müzakirələrdə irəliləyişin olmamasında tənqid edib.


  • Yazılıb
  • da (də) 2017 Apr 17
  • Göndərən مدير سايت Aran News