Tarix : 2017 Apr 17
Kod 51519

Türkiyədəki Referndumun son nəticəsi - zəif qələbə

seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.
Arannews- Türkiyədə referendumda bülletenlərin 98%-i sayılıb, seçicilərin 51.3%-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyib.
Bülletenlərin 98  faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.
Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.


  • Yazılıb
  • da (də) 2017 Apr 17
  • Göndərən مدير سايت Aran News