, İran və İraq düşmənlərin səylərinə diqqət etmədən bu gün sahələrdə dostcasına əməkdaşlıqlar səviyyəsini yüksəldib genişləndirəcəklər .
  Iran Servisi/Aran Agentliyi
  İran İslam Respublikası prezidentinin birinci müavini və İraqın baş naziri iki ölkənin siyasi, iqtisadi , sənaye, mədəni , müdafiə və təhlükəsizlik əlaqələrinin genişləndirilməsinə təkid ediblər .
   İİR prezidentinin birinci müavini Pərviz Davudi və İraqın baş naziri Nuri əl-Maliki Tehranda iki ölkənin əlaqələrinin genişləndirilməsinin qarşısının alınmasında düşmənlərin fitnəkarlığına işarə edərək vurğulayıblar ki , İran və İraq düşmənlərin səylərinə diqqət etmədən bu gün sahələrdə dostcasına əməkdaşlıqlar səviyyəsini yüksəldib genişləndirəcəklər .
   Pərviz Davudi  güclü İraqı bütün məntəqə ölkələrinin xeyrinə bilərək deyib : İraqın birliyi və ərazi bütövlüyünün qorunmasına və bu ölkədə təhlükəsizlik və xalq dövlətinin hakim olmasına yardım , daima İİR-nin siyasətlərindən olubdur .