Konstitusiyalar bir ictimai razılaşma sənədidir.50 faizin “xeyr” dediyi referendum ictimai sənəd deyil.
Arannews- CHP müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən konstitusiya dəyişikliyi seçkilərilə bağlı açıqlama verib.
"Bərabər olmayan şəraitdə bir referendum keçirdik. Bunu hamı bilir. Biz də şərtlər bərabər olmamasına baxmayaraq demokratiyaya sahib çıxmaq üçün əlimizdən gələn hər cür səyi göstərdik. Bu səyi hüquq zəminində qalaraq göstərdik. "Bəli" (səsini) müdafiə edənlər qanunun xaricinə çıxdılar, biz diqqətlə hüquq normalarının daxilində səy göstərdik. Konstitusiyalar bir ictimai razılaşma sənədidir. Bunu da apardığım bütün çıxışlarda ifadə etdim. Hamımızın konstitusiyası olacaq. Bir qrupun, bir partiyanın, bir ailənin konstitusiyası deyil. 80 milyonun konstitusiyası olacaq. Bu referendum bir gerçəyi ortaya çıxardı. Cəmiyyətin ən azı 50 faizi buna "xeyr" deyir. Ona görə bu konstitusiya dəyişikliyi və onun yaratdığı bütün konstitusiya bir mənada bir ictimai razılaşma sənədi olması keyfiyyətini xeyli dərəcədə vəziyyətdədir. Daha əhəmiyyətlisi bu həqiqət qarşımızda durarkən siyasət qurumuna bir vəzifə düşür. Konstitusiyanı bir ictimai razılaşma sənədi halına çevirmək".
Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçirilmiş konstitusiya dəyişikliyi seçkiləri 48,82 faiz "xeyr" səsinə qarşı 51,18 faiz "bəli" səs ilə nəticələnib.
“Kılıçdaroğlu Sonuçların Şaibeli Olduğunu Söylüyor”
Nəticələrin bəlli olmasından sonra CHP lideri Kılıçdaroğlu partiyasının mərkəzi idarəetmə qurumunu fövqəladə toplantıya çağırıb.