Tarix : 2017 Apr 18
Kod 51526

Bülənt Tezcan: "referendum nəticələri Ali Seçki Komissiyası tərəfindən ləğv olunmalıdır"

Bu referendumun qanuniliyi üzrə münaqişəyə yalnız bir qərar son qoya, hüquqi baxımdan vətəndaşların rahatlaşmasına səbəb ola bilər. O da bu referendumun Ali Seçki Komissiyası tərəfindən ləğv olunmasıdır.
Arannews- Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədr müavini Bülənt Tezcan referendumun nəticələrinin ləğv olunmasını istəyib.
Bülənt Tezcan jurnalistlərə deyib: Texniki baxımdan, möhürlənməmiş bülletenlərin sayılmasını müəyyənləşdirmək mümkün deyil. Çünki etibarsız hesab olunan möhürlənməmiş bülletenlərin hamısı heç bir qeyd olmadan səs qutularına atılıb.
CHP liderinin müavini əlavə edib: Bu referendumun qanuniliyi üzrə münaqişəyə yalnız bir qərar son qoya, hüquqi baxımdan vətəndaşların rahatlaşmasına səbəb ola bilər. O da bu referendumun Ali Seçki Komissiyası tərəfindən ləğv olunmasıdır.  

      


  • Yazılıb
  • da (də) 2017 Apr 18
  • Göndərən مدير سايت Aran News