Tarix : 2017 Apr 18
Kod 51527

İƏT-ə üzv ölkələrin dəmir yolları rəhbərləri bakıda

İran İslam Respublikasının mövqeyi tamamilə İƏT üzvlərini buna yönəldir ki, şimal-cənub dəhlizi və ya şərq-qərb dəhlizi çərçivəsində bu qatarların yolu yeni yaradılan dəhlizlərdən keçsin.
Arannews- Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv ölkələrin dəmir yolları rəhbərlərinin 13-cü iclası işə başlayıb.
iki günlük iclas dəmiryol nəqliyyatı mehvərliyi ilə iqtisadi əməkdaşlıqların genişləndirilməsi, İƏT-ə üzv ölkələrin nəqliyyatındakı mövcud problemlərin araşdırılması və öncədən və yeni tərif olunmuş dəhlizlərin problemlərinin aradan qaldırılması məqsədilə keçirilib və İran İslam Respublikası dəmiryol nəqliyatında öz strateji mövqeyini nəzərə alaraq bu iclasın əsas mehvəridir. 
İran İslam Respublikasının Dəmiryol Qapalı Səhmdar Cəmiyyətinin istehlak və hərəkət üzrə sədr müavini İbrahim Məhəmmədi bu barədə deyib: İran İslam Respublikasının mövqeyi tamamilə İƏT üzvlərini buna yönəldir ki, şimal-cənub dəhlizi və ya şərq-qərb dəhlizi çərçivəsində bu qatarların yolu yeni yaradılan dəhlizlərdən keçsin.
Məhəmmədi İƏT-ə üzv ölkəklər çərçivəsində yeni yaradılan qatarların problemlərinin aradan qaldırılmasının bu iclasda araşdırıldığını bildirib: Ümid edirəm ki, onların problemlərinin aradan qaldırılması ilə ölkədən keçən dəhlizlərin genişləndirəcəyik.
Bu iclasda həmçinin Fars körfəzi-Azərbaycan-Rusiya-Finlandiya, Çin-Bəndər Abbas tranzitinin aktivləşdirilməsi, İran neftinin dəmiryolu vasitəsi ilə Tacikistana tranziti, həmçinin Pakistanın kənd təsərrüfatı məhsullarının Qazaxıstana İran İslam Respublikası vasitəsi ilə nəql olunması diqqət mərkəzində durub.
İƏT-in baş katibinin nəqliyyat və əlaqələr üzrə müavini Ehsan Əli Məngi regionun dəmiryol tranzitində İranın rolunu çox təsirli adlandırıb: İran İslam Respublikasının Çin dəhlizinin Bəndər Abbasa və onun mənafeyi olan ölkələrə birləşdirilməsində təyinedici rolu vardır və əlbəttə hazırda bu dəhlizin istifadəyə verilməsində öz rolunu layiqli şəkildə yerinə yetirib. Həmçinin Bəndər Abbas-Türkmənistan və Qazaxıstan dəhlizində çox önəmli rola malikdir.
 Qeyd edək ki, dəmiryolu tranzitinin genişləndirilməsi, milli təhlükəsizlik göstəricilərinin yüksəldilməsindən əlavə, sərhədlərdə beynəlxalq əlaqənin yaradılması və sərhəd terminallarının genişləndirilməsini nəzərə alaraq gəlirli və beynəlxalq dəmiryol tranzitinin həcminin artmasında rola malikdir.
Hal hazırda İranın tranzit, ixracat və idxalat üzrə dəmiryol tranzitindəki payı ildə təxminən 12 milyon tondur. Dəmiryol dəhlizlərinin genişləndirilməsi ilə ildə 20 milyon tona çatdırılmasına səy göstərilir.


  • Yazılıb
  • da (də) 2017 Apr 18
  • Göndərən مدير سايت Aran News