İranın Tərbiyyət Müdərris Universitetinin müəllimlərinin adı dünyanın ən yaxşı 1% alimləri siyahısına daxil edilib. .
  Arannews- Tomson Royters potalının son hesabatına əsasən İranın Tərbiyət Müdərris Universitetinin 13 müəlliminin adları dünyanın ən yaxşı 1% üstün alimləri arasında yer alıb.Tomson Royters informasiya portalının  verdiyi məlumata görə, Tərbiyyət Müdərris Universitetinin 13 müəlliminin adı dünyanın ən yaxşı 1% alimləri siyahısına daxil edilib. 
Bu müəllimlər kimya, mühəndislik, kənd təsərrüfatı, botanika, biologiya və biokimya sahələri üzrə mütəxəssislərdirlər. 
Tomson Royters informasiya portalı həmçinin, 228 iranlı tədqiqatçının adını dünyanın ən yaxşı 1% alimləri siyahısına daxil edib.