Tarix : 2017 Apr 18
Kod 51530

Türkiyədə Fövqəladə Vəziyyəti uzadılır

Türkiyə hökuməti ölkədəki Fövqəladə Vəziyyəti daha 3 ay müddətinə uzadıb.
Arannews- Türkiyə hökuməti ölkədəki Fövqəladə Vəziyyəti daha 3 ay müddətinə uzadıb. Məlum qərarın sorğusu təsdiq üçün parlamentə göndərilib. 
Bu haqda Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş açıqlama verib.
 “Milli Təhlükəsizlik Şurasının Fövqəladə Vəziyyətin daha 3 ay müddətinə uzadılması haqda tövsiyyəsi var. Biz də bu qərarı qəbul etdik. Çərşənbə günü məsələ təsdiqlənməsi üçün parlamentə daxil olacaq.”, - deyə Kurtulmuş Ankarada jurnalistlərə bildirib.
Qeyd edək ki, Türkiyədə Fövqəladə Vəziyyət rejimi ötən ilin iyul ayında baş vermiş çevrilişə cəhddən sonra 3 ay müddətinə tətbiq edilmişdi. Daha sonra isə o 2 dəfə də daha 3 ay müddətinə uzadılmışdı.


  • Yazılıb
  • da (də) 2017 Apr 18
  • Göndərən مدير سايت Aran News