Tarix : 2017 Apr 20
Kod 51534

Gürcüstan İranla əlaqələrin genişlənməsində maraqlıdır

Rəsmi Tiflis Tehranla əlaqələrin daha da genişlənməsində maraqlıdır.
Arannews- Gürcüstan prezidenti Tehran-Tiflis əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək deyib: Rəsmi Tiflis Tehranla əlaqələrin daha da genişlənməsində maraqlıdır.
Gürcüstan prezidenti Georgi Maraqaşvili Tiflisdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşündə İranın zəngin mədəniyyətə malik olduğunu bildirərək deyib: Qarşılıqlı mədəni əlaqələr daha da gücləndirilməlidir. 
Görüşdə Zərif də Gürcüstan prezidentinin qonaqpərvərliyinə görə öz təşəkkürünü bildirərək deyib: İki ölkə xalqlarının yaxın münasibətləri var və İran İslam Respublikası Gürcüstanla əlaqələrin daha da genişləndirilməsinə hazırdır.

  • Yazılıb
  • da (də) 2017 Apr 20
  • Göndərən مدير سايت Aran News