Tarix : 2017 Apr 20
Kod 51536

Şeyx Sərdarın həbs müddəti bir daha uzadıldı

İstintaq orqanı həbs müddətinin uzadılmasını 1 ay istəyib və saxta məhkəmə 20 gün müddətinə uzadılmasına qərar verib.
Arannews- Həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallı Rayon Məhkəməsində saxta məhkəməsi keçirilib.
Saxta Məhkəmədən sonra vəkil Cavad Cavadov  Bildirib: “Hakim Nemət Musayevin sədrliyi ilə keçirilən saxta məhkəmə iclasında Şeyx Sərdarın həbs müddəti bir daha uzadılıb. İstintaq orqanı həbs müddətinin uzadılmasını 1 ay istəyib və saxta məhkəmə 20 gün müddətinə uzadılmasına qərar verib".
Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın həbs müddətinin başa çatmasına az müddət qalmış martın 27-də Masallı Rayon saxta Məhkəməsi onun həbs müddətini aprel ayının 30-dək uzatmışdı.


  • Yazılıb
  • da (də) 2017 Apr 20
  • Göndərən مدير سايت Aran News