Tarix : 2017 Apr 20
Kod 51537

İran və Rusiya müxtəlif beynəlxalq mövzularda məşvərətdədirlər

Mehdi Sənayi: "İran və Rusiya müxtəlif regional və beynəlxalq mövzularda məşvərətdədirlər".
Arannews- İranın Moskvadakı səfiri deyib ki, İran və Rusiya ekspetlərinin Moskvada keçirilən danışıqları qarşılıqlı əlaqələrin hərtərəfli inkişafına lazım olan bütün amil və zəminləri əhatə edir.
İran və Rusiya ekspertlərinin danışıqları İran səfirliyinin həmkarlığı ilə Moskvada başlanıb.
İranın Moskvadakı səfiri Mehdi Sənayi İran və Rusiya ekspertlərinin ilk Moskva danışıqlarının formatı barədə belə əlavə edib: Bu kimi proqramlar və danışıqların önəmi və səbəbi, regional və beynəlxalq şəraitdə sürətli dəyişikliklər üzrə danışıqlar və proqramlardır.
Sənayi bildirib ki, İran və Rusiya müxtəlif regional və beynəlxalq mövzularda məşvərətdədirlər. O, söyləyib: Bu müzakirələr regional və beynəlxalq sahələrdə günün mühüm mövzularında İran və Rusiyanın baxışı barədə əhatəli informasiyaları iki ölkənin elitasının ixtiyarına verə bilər.
İran və Rusiya ekspertləri arasındakı danışıqların ilk iclasında Rusiyanın Müdafiə və Xarici Siyasət Şurasının sədri Fyodor Lukyanov, İran Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar və Təlim Mərkəzinin sədri Mohəmməd Kazem Səccadpur, həmçinin iki ölkənin universitet müəllimləri iştirak ediblər.

      


  • Yazılıb
  • da (də) 2017 Apr 20
  • Göndərən مدير سايت Aran News