Tarix : 2008 Jun 09
Kod 5154

QƏRB MEDİALARININ İRANIN NÜVƏ İŞİ BARƏDƏKİ YENİ PROPAQANDALARI

MAQATE baş direktorunun hesabatında iddia olunan faktlar əldə olunmuş razılıqlar və modelitə çərçivəsində İranın açıq cavablandırdığı altı sualdan kənardır .
Iran Servisi/Aran Agentliyi
  Bir çox informasiya agentlik və mərkəzlərinin məqsəd yönlü və qərəzli məlumatlar yayaraq bu iddianı təlqin etmək istəyiblər ki , MAQATE-nin Hakimlər Şurasının fəslilik iclasında İranın vəziyyəti son dərəcə mürəkkəb və qaranlıq olacaq .
  Bu şuranın ötən iclasda MAQATE-nin baş direktoru 12-ci dəfə üçün bir hesabat yayaraq İran İslam Respublikasının nüvə fəaliyyətlərinin dinc məqsədli hesabatının bəzi hissələrində elə cəhətlər yerləşdirilib ki bir sıra müəyyən ölkənin siyasi dairələri və bəzi Qərb mediaları onlardan İrana qarşı təbliğat və qal-maqal vasitəsi kimi istifadə ediblər .
  İİR İŞM-nin sədri Əli Laricani  İranın şimalında yerləşən Gilan ostanının mərkəzi olan Rəşt şəhərində müxbirlərə verdiyi müsahibədə əl-bəradeinin hesabatı barədə deyib : Agentlik ikili bir hesabat təqdim edib ki , İranın nüvə məsələsini uzada bilər, amma İran bu məsələnin uzanmasını istəmir .
  İranın Milli Təhlükəsizlik və xarici siyasət komissiyasının sədri də MAQAE baş direktorunun son hesabatında iddia  olunan faktları ikili adlandırıb və belə deyib : MAQATE baş direktorunun hesabatında iddia olunan faktlar əldə olunmuş razılıqlar və modelitə çərçivəsində İranın açıq cavablandırdığı altı sualdan kənardır .
  Əlaəddin Brucerdi habelə deyib : Agentlik tərəfindən iddia olunan faktlar İrana təqdim olunmayıb ki , İran onlara cavab versin . Belə bir halda MAQATE-nin baş direktoru Məhəmməd əl-Bəradei Almaniyada nəşr olunan Şpigel jurnalı ilə müsahibədə deyib ki , hələ İranın nüvə proqramı barədə mühüm suallar cavabsız qalıb. Bu ifadələrlə bir vaxtda informasiya agentlikləri Sionist Rejimin baş nazir müavini və nəqliyyat naziri Şaol Mofazin təhdidamiz və həyasızcasına sözlərini əks etdirərək yazıblar: Əgər İran öz nüvə fəaliyyətlərini davam etdirərsə İsrail İranı təcavüzə məruz qoyacaq.
  İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai BMT TŞ-nin Sionist Rejimin İrana qarşı təhdidləri qarşısında susmasına etiraz olaraq bu xüsusda olan bir məktubu BMT-nin katibi Ban Ki Mona təqdim edib .
  Siyasi dairələr Şaol Mofzin sözlərinin onunla bu rejimin xarici işlər naziri Tezipi Liyuni arasındakı rəqabət çərçivəsində və bu rejim daxilindəki siyasi hərəkətlərdən mənşə aldığını bilirlər .
  İranın nümayəndəliyi öz məktubunda Sionist Rejimin həyasızcasına təhdidlərini İsrail tərəfindən məntəqəvi və beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidin bariz nümunəsi adlandırıb və bildirib ki , İran özünü müdafiə və İran xalqı əleyhinə hər cür təcavüzə möhkəm cavab üçün bir an belə tərəddüd etməyəcək.
  Sionist Rejimin bu məsul şəxsi deyib ki , onun “İrana qarşı təcavüz” adlandırdığı məsələ üçün Amerikanın dəstəyi lazımdır . Qeyd edək ki, Ağ Ev sözçüsü Dana Perino dünən bildirib : Vaşinqton bu məsələni dərk edir ki , İsrail öz təhlükəsizliyindən nigarandır lakin Vaşinqton çalışır ki , İranın nüvə məsələsi diplomatik yollarla həll olunsun.  
  • Yazılıb
  • da (də) 2008 Jun 09