Ukrayna və İran Azərbaycan və Gürcüstan ərazisindən keçəcək qatarla bağlı razılığa gəldi
AraNnews- Ukrayna və İran kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması barədə razılığa gəliblər.Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazir Vladimir Omelyan Kiyevdə İran nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, qatarın marşrutu Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. İlk qatarın bu ilin yayında yola düşəcəyi gözlənilir və o test xarakteri daşıyacaq: “Ukrayna Avropa, Asiya və Şərq arasında etibarlı tranzit körpü rolunu oynamaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirmək istəyir”.