İndiyədək Asiya, Avropa və Afrikadan 22 ölkənin merləri bu tədbirdə iştirak edəcəklərini bildiriblər. 
  AraNnews- Məşhəd 2017 şəhər qərargahının katibi deyib: Məşhəddə keçiriləcək silam dünyası merlərinin iclasında 34 xarici və 20 iranlı merin iştirakı qətiləşib.Rəhman Mirzayian 2017-ci il 25-27 apreldə keçiriləcək bu iclas barədə deyib: İndiyədək Asiya, Avropa və Afrikadan 22 ölkənin merləri bu tədbirdə iştirak edəcəklərini bildiriblər. 
Mirzayian deyib: Bu iclasın keçirilməsində məqsəd islam dünyası merləri arasında əlavə əməkdaşlıq yollarının öyrənilməsi və Məşhəd şəhərinin təqdimi olub. 
Rəzəvi Xorasan ostanında yerləşən Məşhəd şəhəri 2017-ci ildə islam dünyasının mədəniyyət paytaxtı seçilib.