Rusiya müharibə ocaqlarının söndürülməsində birbaşa iştirak etməlidir.
AraNnews- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır.Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, hərbi təlimlərin keçirilməsi və bu yöndə atılan addımlar mübət hal kimi qiymətləndirilməlidir:
“Dağlıq Qarabağ münaqişəsinin həllində ən mühüm rolu Rusiya oynamalıdır. Rusiya müharibə ocaqlarının söndürülməsində birbaşa iştirak etməlidir. Ancaq Moskvanın səyilə Serj Sərkisyanın partiyası yenidən hakimiyyəti zəbt etdi. Məlum məsələdir ki, status-kvonu uzatmağa çalışacaqlar”.
Politoloq bildirib ki, Rusiya münaqişənin müsbət həllində maraqlı olmalıdır :
“Bu mənada hesab edirəm ki, Rusiyanın atdığı addımlar məsələnin həlli istiqamətinə yönəlməlidir. Ermənistana gəldikdə, son parlament seçkiləri göstərdi ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə razılıq verməyəcək. Qarşıdan yay fəslinin gəlməsi Qarabağda müharibə ehtimalını daha da artırır. Bir sözlə, vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır”.