Tarix : 2008 Jun 09
Kod 5155

NATİQ ƏLİYEV: TEHRAN BAKI MÜNASİBƏTLƏRİ BÖYÜK EFEKTLƏRƏ MALİKDİR

Az. R. İran ilə enerji sektorundakı əməkdaşlıqlara böyük əhəmiyyət verir və ümidvardır ki , İİR Az. R. nefti və qazının istehsalı və ixracatı sahəsində daha artıq rol oynasın
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycan R-nin sənaye və energetika naziri deyib : Bakı ilə Tehran arasında neft, qaz və enerji sektorundakı əməkdaşlıqlar Avropa ölkələrinin enerjiyə olan tələbatının təminində mühüm rol oynayacaq.
  İranın iqtisadi İnformasiya Agentliyinin məlumatına görə Natiq Əliyev artırıb : İran , Rusiya və Az. R. enerji şəbəkələrinin birləşdirilməsi və şimal-cənub enerji koridorunun yaradılması ilə Avropa ölkələrinin enerji ilə təmin edilməsində mühüm rol oynayacaqlar .
 Az. R-nin sənaye və energetika naziri sonra deyib : Az. R. İran ilə enerji sektorundakı əməkdaşlıqlara böyük əhəmiyyət verir və ümidvardır ki , İİR Az. R. nefti və qazının istehsalı və ixracatı sahəsində daha artıq rol oynasın.
  Bu azəri rəsmisi habelə deyib ki , onun İranın neft naziri ilə cari ilin iyun ayında baş tutacaq görüşündə iki ölkə arasında neft və qaz sektorlarında əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılacaq və tərəflər bu istiqamətdə yeni qərarlar qəbul edəcəklər .
  • Yazılıb
  • da (də) 2008 Jun 09