Tarix : 2017 Apr 23
Kod 51552

Əl Amiri: Ərdoğan Terror Təşkilatlarının Baş hamisidir

İraq Bədir Hərəkatının Baş katibi və Haşdi Şabi Komandirlərindən olan Hadi əl Amiri, Prezident Ərdoğanın bölgədə terror təşkilatlarına dəstək verən baş aktyor olduğunu ifadə edərək "Ərdoğanın Haşdi Şabi əleyhinə olan son açıqlamaları İraq və Suriyada terror təşkilatlarına verdikləri dəstəyin üstünü örtmək üçündür" deyə bildirib.
İraq Bədir Hərəkatının Baş katibi və Haşdi Şabi Komandirlərindən olan Hadi əl Amiri, Prezident Ərdoğanın bölgədə terror təşkilatlarına dəstək verən baş aktyor olduğunu ifadə edərək "Ərdoğanın Haşdi Şabi əleyhinə olan son açıqlamaları İraq və Suriyada terror təşkilatlarına verdikləri dəstəyin üstünü örtmək üçündür" deyə bildirib. .

İraq hökumətinin Türkiyə ilə bütün ticarət əlaqələrini sonlandırması zamanı, prezident Ərdoğanın İraq xalqından üzr istəməyə məcbur qalacağını ifadə edən Hadi əl Amiri; "Türklərin, İŞİD-ilə mübarizə adı altında Başika düşərgəsində qalmağa israr etmələri İraq torpaqlarında gözləri olduğunu göstərməkdədir" deyib.

İŞİD-ilə mübarizələrinin, bütün terrorçular İraqdan təmizlənənə qədər davam edəcəyini yazan Bədir Hərəkatının Baş katibi Hadi əl Amiri, Suriyada də terror ilə mübarizəyə dəstək verəcəklərini vurğuladı.

Prezident Ərdoğan, televiziya kanalına etdiyi son açıqlamada Haşdi Şabi'nin terror təşkilatı olduğunu ifadə etmişdi.

Diqqət! Xəbəedən istifadə etdikdə mənbəyə istinad lazımdır!


  • Yazılıb
  • da (də) 2017 Apr 23
  • Göndərən مدير سايت Aran News