Azərbaycanda fars dilini öyrənənlər iranlı şair Sədi ilə bağlı günü qeyd ediblər.
Arannews- Azərbaycan Respublikasında fars dilini öyrənənlər Bakıda bir konfrans keçirərək, tanınmış iranlı şair Sədi ilə bağlı günü qeyd ediblər.
Bu konfransda İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi Azərbaycan Respublikasındakı fars dili və ədəbiyyatı müəllimlərinin Sədi və Firdovsi əsərlərinin tərcüməsi sahəsindəki səylərini yüksək dəyərləndirərək, deyib: Hazırda İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin siniflərində 120-dən çox şagird fars dilini öyrənir.
Azərbaycan Respublikasında fars dili və ədəbiyyatı müəllimlərindən olan Aygün Əlizadə də bu konfransda fars dilinin öyrənilməsində məqsədi, İran xalqı ilə dialoq və fars ədəbi mətnlərinin dərk edilməsi adlandırıb. O, deyib ki, bu dili öyrənməyə maraq da genişlənməkdədir.
Konfransın davamında şagirdlər bir klipi müşahidə edərək, İranın mədəni, tarixi və əyləncə məntəqələrindən müəyyən qədər məlumat alıblar. Sonda da şer müsabiqəsi keçirilərək, Sədi Şirazi günü əziz tutulub.
Sədi Şirazi 588-ci günəş ilində anadan olub. Bu İranli şair və yazıçının məşhur olması onun güclü və musiqili nəzm və nəsrinə görədir.
İranın rəsmi təqvimində ordibeheşt ayının biri, yəni aprelin 21-i, Sədinin anım günü adlandırılıbdır.