Arannews- İranın yeniyetmə taekvondoçu qızları ilk dəfə olaraq Asiya çempionu adını qazanıblar.İranın yeniyetmə taekvondoçu qızlarından ibarət yığmasının altı qızıl və bir gümüş medal qazanaraq, 80 xal ilə uğur qazanmasından əlavə, Qazaxıstanda yarışların texniki komitəsi iranlı taekvondoçu məşqçi Əzəm Dorostini Asiyanın ən yaxşı məşqçisi kimi təqdim edibdir.
Yeniyetmələrin 9-cu Asiya çempionatının sonunda İranın qızlar və oğlanlardan ibarət taekvondoçu komandası bütövlükdə 9 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq, Asiya çempionu olubdur.
Cənubi Koreya 2-ci, Tailand 3-cü, Qazaxıstan və Filippin yığmaları ilə 4-cü və 5-ci olublar.
Yeniyetmələrin 9-cu Asiya çempionatı 22 ölkədən olan 246 taekvondoçunun iştirakı ilə üç günlük mübarizələrdən sonra cümə günü Qazaxıstanın "Atırau" idman kompleksində işini başa vurubdur.