Turizm, kənd təsərrüfatı, təhsil, sənaye, neft və qaz, energetika və nəqliyyat sahələrində həmkarlıqların genişləndirilməsi iki ölkənin qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə müzakirələrinin ən mühüm istiqamətlərini təşkil edəcəkdir.
Arannews- Gürcüstanın baş naziri yüksək səviyyəli siyasi-iqtisadi bir heyətlə Tehrana daxil olub və İranın kooperasiya, əmək və sosial təminat naziri tərəfindən qarşılanıbdır.Gürcüstanın baş naziri Georgi Kvirikaşvili qərar üzrə bu gün Tehranın Səədabad mədəni-tarixi kompleksində İranın 1-ci vitse-prezidenti İshaq Cahangiri tərəfindən rəsmi şəkildə qarşılanmalıdır. İki ölkənin nümayəndə heyətlərinin müzakirələrindən sonra bir neçə əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.
Gürcüstanın baş naziri həmçinin Tehrana birgünlük səfəri zamanı bəzi iranlı rəsmilərlə qarşılıqlı əlaqələrin inkişafı, eləcə də regional və beynəlxalq məsələləri araşdıracaq.