Tarix : 2017 Apr 23
Kod 51559

Bloqçu cəzaçəkmə müəssisəsinə köçürülüb

bloqçu Mehman Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Arannews- Həbsdə olan bloqçu Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bu barədə onun vəkili Elçin Sadıqov bildirib. Vəkil qeyd ki, M.Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Qeyd edək ki, M.Hüseynov Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılırdı.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
Suraxanı rayon Məhkəməsinin qərarı ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.


  • Yazılıb
  • da (də) 2017 Apr 23
  • Göndərən مدير سايت Aran News