Tarix : 2017 Apr 23
Kod 51560

Gürcüstan və İran ruhaniləri arasında əlaqələr genişlənir

Beynəlxalq Al-mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Davud Zare bu gün BGMİnin Batumi rəsmi ofisində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Qərbi Gürcüstan müftisi Hacı Beqalar Kamaşidze və digər ruhanilərlə görüşüblər.
Arannews- Gürcüstan Müsəlmanları İdarəsinin dəvəti ilə Batumidə konfransa qatılan tanınmış din alimi Höccətül-İslam vəl-muslimin Məhəmməd Baqir Saivər və Beynəlxalq Al-mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Davud Zare  bu gün BGMİnin Batumi rəsmi ofisində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Qərbi Gürcüstan müftisi Hacı Beqalar Kamaşidze və digər ruhanilərlə görüşüblər.
Öncə dəvətə və səmimi qarşılanmaya görə təşəkkür edən qonaqlar Gürcüstan müsəlmanlarının vəziyyəti, İdarənin son illərdə gördüyü işlər və gələcək fəaliyyət proqramları haqda tanış olblar.   Qonaqlar Gürcüstanda bir İdarədə iki qardaş məzhəbin bir arada vəhdət təşkil edərək birgə fəaliyyətlərini yüksək qiymətləndiriblər. Görüşdən razılıqlarını bildirən tanınmış dini şəxsiyyətlər din rəhbərlərinə müqəddəs fəaliyyətlərində uğurlar diləyiblər.


  • Yazılıb
  • da (də) 2017 Apr 23
  • Göndərən مدير سايت Aran News