Tarix : 2017 Apr 23
Kod 51561

Azərbaycanda demokratiya tərafdarlarının həyatı təhlükədədir

Hacı Mövsüm, hacı Abgül, hacı Tale, hacı Zülfüqar, hacı Sərdar kimi şəxsiyyətlərin həbsi rejimə baha başa gələcək.
Arannews- Azərbaycanda demokratiya tərafdarlarının həyatı təhlükədədir. Azərbaycan hökuməti Avropa Birliyi və 76 hüquq müdafiəçisinin təzyiqı altında 2016-ci ildə 17 nəfər hüquq müdafiəçisi, jurnalist və siyasi fəal azad etdi.
Azərbaycan respublikasının şəriət dustaqları ilə həmrəylik günləri elan olunduqda bəyanat yayib.

Bismillahir-Rəhmanir-Rəhim
Kətəbəllahu ləəğlibənnə ənə və rusuli innəllahə qəviyyun əziz… (Mucadələ, 21)
Biz hamımız hacı Mövsüm, hacı Abgül, hacı Taleyik!

Böyük Azərbaycan xalqı!
Ölkəmiz sürətli dəyişikliklər əsrində dərd, əzab, məhrumiyyət, məzlumiyyət, çətinliklə üzbəüzdir. Ölkəmiz müstəbid, asılı, dinsiz, hətta anti-din və anti-millət bir dövlətin əlindədir. Müasir dövrdə xalqımız və ölkəmiz üçün qəmli tale yaşanır. Ölkəmizin əsas sərmayəsi olan gənclər başqa ölkələrə üz tutub. Ziyalılar təziyq altındadır, dindarlar və qeyrətli insanlar həbsxanada yatır. İqtisadi çətinliklər dözülməz həddə çatıb. Tənqidə icazə verilmir. Söz azadlığı boğulub, ilkin əsas hüquqlar rəhmsizliklə tapdanır. Hökumət siyasi fəalları, tənqidçiləri, dindarları haqsız olaraq həbsə alıb. Azad cəmiyyətlər təzyiq altındadır, aparıcı şəxsiyyətlər nəzarətə götürülüb vurulub. Hökumətin müxalifləri həbsxanalarda ağır işgənçə altındadır. Narkotika daşınması, silah gəzdirmək, vergidən yayınmaq, dövlətə xəyanət Azərbaycan hökumətinin əsas bəhanəsidir. Hansı ki bütün müxaliflər qanuni fəaliyət göstərir. Hökumət isə ən kiçik tənqidə dözümsüzdür.
Azərbaycanda demokratiya tərafdarlarının həyatı təhlükədədir. Azərbaycan hökuməti Avropa Birliyi və 76 hüquq müdafiəçisinin təzyiqı altında 2016-ci ildə 17 nəfər hüquq müdafiəçisi, jurnalist və siyasi fəal azad etdi. Amma faciə çox ağırdır. Dindar məhbusların çəhənnəmi xatırladan həbsxanalardan azad olunması ehtimalı yoxdur. Həbsdə kiçik etiraza görə karsa salınır, Qobustana göndərilirlər. Etiraf almaq, qorxu yaratmaq üçün işgəncə həddi aşıb. Fədakar gənc, Azərbaycanın ümüdi hacı Tale işgəncə nəticəsində 3 gün huşunu itirdiyini deyəndə beynəlxaq təşkilatlar işgəncə faktlarını araşdırmaq üçün komissiya göndərmək istədi. Amma Azərbaycan hökuməti buna icazə vermədi.
Rejimə qarşı hər növ tənqidi boğmaq üçün jurnalistlərə siyasilərə və dindarlara amansız təzyiq bu ölkədə adətə çevrilib.
Beynəlxaq təşkilatların hesabatına əsəsən Azərbaycanda insan haqlarının durumu çox ağırdır. Müstəbid hökumət müxalifət imkanlarını məhdudlaşdırmaq üçün təlaşlarını ikiqat artırıb. Saxta ittihamla ağır hökmlər çıxarılır.
Xalqın danışan dillərinin əksəri karsda saxlanılır. Örta əsr işgəncəsinə etiraz edənlər aclıq aksiyası geçirir. İşgəncələrə qarşı beynəlxalq mübarizə təşkilatı siyasi məhbuslara, Nardalan məbuslarına işgəncələrə son qoyulmasını tələb edir. Siyasi məhbuslara vəkilləri və ailələri ilə görüş verilmir. Siyasilər məhkəmədə müdafiə imkanlarından məhrumdur.
Ziyalıların saxta seçkiyə, ailə hakimiyyətinə yol açan konstitusiya dəyişikliyinə etirazı ən ağır cinayət sayılır.
Xalqımız bu gün söz azadlığı, əqidə azadlığı, dini mərasimlərin keçirilməsi azadlığı yolunda ağır baha ödəyir. Millətimiz öz haqları , insan haqları yolunda müqaviməti ilə özünü dünyada tanıtdırır.
Xalqımızdan istəyimiz budur ki, dünyanın mədəni və demokratik qurumlarına müraciət etməklə öz haqq səslərini dünyaya çatdırsınlar, öz övladlarının həbsinin, onlara qarşı işgəncələrin bədəlini tələb etsinlər. Biz bir ağızdan, bir səslə elan edirik ki, hacı Mövsüm, hacı Abgül, hacı Tale, hacı Zülfüqar, hacı Sərdar kimi şəxsiyyətlərin həbsi rejimə baha başa gələcək. Rejim bu cinayətlərinə görə ağır baha ödəyəcək. Elan edirik ki onlar tək deyil. Onların həbsi hamımızın həbsidir. Biz hamımız hacı Mövsüm, hacı Abgül, hacı Taleyik! Hamımız!
Böyük Azərbaycanın Türkiyə, Avropa, Rusiyadakı dərdli övladları

20 Apr 2017(http://www.7sabah.com.tr)


  • Yazılıb
  • da (də) 2017 Apr 23
  • Göndərən مدير سايت Aran News