Tarix : 2017 Apr 24
Kod 51565

Astarada Azərbaycanın islamçı məhbusları ilə həmrəylik istiqamətində mərasim keçirilib+FOTO

İslam vacibatı və Quran təlimlərinin genişlənməsi yolunda şəhid olanlar və yaxud təzyiqə məruz qalanlar İmam Musa Kazımı (ə) örnək qərar vermişlər.
Arannews- İran Astarasında Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik istiqamətində mərasim keçirilib.
Höccətülislam vəlmüslimin Mehdi Teymuri Məhəmməd Rəsulullah (s.ə.s) məscidində İmam Musa Kazımın (ə) şəhadəti və astaralıların Azərbaycanın islamçı məhbuslarının dərdinə şərik çıxması mərasimində deyib: Əhalisinin 80%-ni şiələr təşkil edən ölkədə hicab qadağası bəzi etirazçı fəalların həbsə düşməsi ilə nəticələnmişdir. Bu dərk ediləsi deyildir. 
Azərbaycan kimi bəzi ölkələrdə dini fəalların repressiya və təzyiqə məruz qoyulmasından təəssüflənən Höccətülislam Teymuri deyib: İslam vacibatı və Quran təlimlərinin genişlənməsi yolunda şəhid olanlar və yaxud təzyiqə məruz qalanlar İmam Musa Kazımı (ə) örnək qərar vermişlər. O imam əsil islamı müdafiə etmək üçün uzun illər Harunun həbsxanalarında əsirliyin acılığını daddı və şəhid oldu.
 


































  • Yazılıb
  • da (də) 2017 Apr 24
  • Göndərən مدير سايت Aran News