Tarix : 2017 Apr 24
Kod 51566

Ərdəbillilər islamçı məhbusları ilə həmrəylik mərasimi keçirildi+FOTO

Azərbaycan Respublikasında şücaətli, zəkalı və alim gənclər Allahın haramını halal etməyə çalışan hökumət adamları qarşısında dayanıblar.
Arannews- İmam Musa ibn Cəfərin (ə) şəhadət gecəsi Seyid Sədrəddin İmamzadəsində Ərdəbil əhalisi və Azərbaycan Respublikasından gəlmiş bir qrup dindarın iştirakı ilə Azərbaycanın islamçı məhbusları ilə həmrəylik günü mərasimi keçirildi.
Mərasimdə höccətül-islam vəl-müslimin Novruzi Aşura qiyamının səbəblərinə toxunaraq dedi: “Aşura günü İmam Hüseynin (ə) qiyamının səbəbi camiədə yaxşılığa dəvət və pislikdən çəkindirməyin əsasını qoymaq idi. Bunun da yolu camiədə haqqı nahaq, Allahın haramını halal edən zalım və kafir hökumətlərə qarşı mübarizəyə qalxmaqdan keçirdi. İmam, fasiq və fasid hökumətlərin qarşısında dayanmaq üçün qiyam etdi”.
Ərdəbil Elmi Hövzəsinin müdiri vurğuladı: “Şiə dünyanın harasında olursa olsun, zalım hökumətlərə qarşı imam Hüseyn (ə) kimi qiyam etməli, Allahın dinini qorumaq üçün canından və malından keçməlidir. Elə bu səbəbdən də İmam Xomeyni (rə) canını bu yolda fəda edərək İranda inqilab etdi və din əleyhinə çıxmış bir hökuməti devirdi”.
Höccətül-islam vəl-müslimin Novruzi çıxışının davamında dedi: “Həmd olsun Allaha, İmam Hüseynin (ə) və İmam Xomeyninin (rə) yolunu şiə cavanları müxtəlif ölkələrdə davam etdirdilər. O cümlədən Azərbaycan Respublikasında şücaətli, zəkalı və alim gənclər Allahın haramını halal etməyə çalışan hökumət adamları qarşısında dayanıblar. Onlardan çoxları zindana düşdü və hal-hazırda da bir çoxu Azərbaycan Respublikasının həbsxanalarındadır. Onların zindana düşməsi o dövrdə İmam Səccadın (ə) və həzrət Zeynəbin (ə) zindana düşməsi kimidir. Onlar adi insanlar deyil ki, biz burada oturmuşuq və onlarla həmrəylik mərasimi keçiririk, onların zindandan azad olması üçün dua edirik; onlar İmam Hüseynin (ə) etdiyi bir işi etdilər və zalım hökumətə qarşı qalxdılar”.
Xətib daha sonra dedi: “Hər hansı bir ölkədə zalım bir hökumət varsa, Allahın haramını halal edirsə, ona qarşı çıxmaq və qiyam etmək hamının vəzifəsidir”.
Höccətül-islam Novruzi vurğuladı: “Biz, Azərbaycan Respublikasında zindanda olan islamçı məhbuslarla iftixar edirik. Çünki onlar İmam Hüseyndən (ə) dərs aldılar və onun yolunu davam etdirirlər”.
Mərasimin davamında İmam Musa ibn Cəfərin (ə) şəhadəti münasibətilə Əhli-Beyt (ə) məddahı Hacı Zeyni rövzə oxudu və əzadarlıq edildi.


























































  • Yazılıb
  • da (də) 2017 Apr 24
  • Göndərən مدير سايت Aran News