Tarix : 2017 Apr 24
Kod 51567

Gürcüstanda "İman" jurnalının 100-cü sayı artıq çapdan çıxıb

Bu münasibətlə Tbilisi Cümə Məscidinin toplantı zalında jurnalın və “İman” müəssisəsinin əməkdaşları ilə tədbir keçirilib.
Arannews- İman Mədəni, Maarif Müsəssisəsinin nəşri olan “İman” jurnalının 100-cü sayı və 5 xüsusi buraxılışı artıq çapdan çıxıb. Bu münasibətlə Tbilisi Cümə Məscidinin toplantı zalında jurnalın və “İman” müəssisəsinin əməkdaşları ilə tədbir keçirilib.
Qeyd edək ki, ilk sayından Redaktoru Hacı Ramin İgidov olan “İman” jurnalı 10 ildən çoxdur ki, çap olunur. Öncə aylıq və hal-hazırda iki aydan bir çap olunan və Gürcüsan azərbaycanlılarına çatdıraraq geniş oxucu kütləsinə malik olan bu jurnalda dinimizin əqidə, əxlaq və ehkamları, Peyğəmbərlər (ə) və İmamların (ə) tarixi və həyatlarından örnəklər sadə dildə oxuculara çatdırılır.
Jurnal Gürcüstanda yaşayan azərbaycanlıların  sağlam İslami bilgilərlə maariflənmələrinə və dini dəyərlərə yiyələnmələrinə xidmət etməkdədir.
Qeyd edək ki, jurnalın Redaktoru Hacı Ramin İgidov hazırda Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi vəzifəsində çalışmaqdadır.
Redaksiyamız adından, biz də həmkarlarımızı jurnallarının 100-cü sayının işıq görməsi münasibətilə təbrik edir, bundan daha çox uğurlar arzu edirik.




  • Yazılıb
  • da (də) 2017 Apr 24
  • Göndərən مدير سايت Aran News