Tarix : 2017 Apr 24
Kod 51568

Rusiyalı hərbiçi qətlə yetirilib

qətldə şübhəli bilinən şəxs artıq tutulub.
Arannews- Ermənistanın Gümri şəhərində Rusiya hərbi formasında olan kişi cəsədi aşkar edilib. Bu haqda Şirak vilayətinin prokuroru Karen Qabriyelyan açıqlama verib.
 “İlkin məlumatlara əsasən,  ölən şəxs müqavilə əsasında xidmət edən hərbi qulluqçu Dmitriy Lapayevdir.”, - deyə hadisə yerinə gəlmiş Qabriyelyan bildirib.
Onun sözlərinə görə, qətldə şübhəli bilinən şəxs artıq tutulub.
Hal şahidləri bildiriblər ki, Lapayev dava zamanı aldığı bıçaq yarasından ölüb.
Rusiyalı hərbçinin ölümünü Rusiya Cənub Hərbi Dairəsi (CHD) də təsdiqləyib. İlk mlumatlara əsasən, qətl məişət zəminində törədilib. CHD qərargah komandanlığı Ermənistan hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparır.
 “Bu gün cəsədin məhkəmə tibbi ekspertizası keçirilib. İlk məlumata əsasən, rusiyalı hərbçi kəsici alətlərlə boğaz və baş nahiyyəsindən aldığı  yaraların səbəb olduğu travmatik qanaxma nəticəsində həlak olub.”, - deyə Ermənistan İstintaq Komitəsinin rəhbərinin məsləhətçisi Sona truzyan bildirib.
Onun sözlərinə görə, bazar günü istintaq eksperimenti də keçirilib. Həmin istintaq zamanı şübhəli ifadə verib və insidentin necə baş verməsi haqda danışıb.
Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümri şəhərində 102-ci Rusiya hərbi bazası yerləşir. Rusiya və Ermənistan 2010-cu ilin avqust ayının 20-si bazanın fəaliyyətinə dair müqaviləni 2044-cü ilədək uzadıblar.


  • Yazılıb
  • da (də) 2017 Apr 24
  • Göndərən مدير سايت Aran News