Tarix : 2017 Apr 26
Kod 51574

Astarada Azərbaycanın İslamçı Məhbusları ilə Həmrəylik Günü mərasimi keçirilib

İmam Musa ibn Cəfərin (ə) şəhadət günü ilə eyni zamanda Astaranın Məhəmməd Rəsulullah (s) məscidində məğrib və işa namazlarından sonra “Azərbaycan Respublikasının İslamçı Məhbusları ilə Həmrəylik Günü” mərasimi keçirilib.
arannews: Qafqaz Mədəniyyət Mərkəzi – “Azərbaycanın İslamçı Məhbusları ilə Həmrəylik Günü” mərasimində Astara şəhərinin Vəhdət Mədəniyyəti Yayımı Mərkəzinin direktoru höccətül-islam Mehdi Teymuri deyib: “İslamda dini təlimlərin əhəmiyyətinə diqqət etməklə, bəzi qonşu ölkələrdə dövlətin hicaba qarşı çıxmasının şahidi oluruq. Bu məsələyə dəfələrlə din alimləri və möminlər etirazlarını bildiriblər”.
Müsəlmanların dünya imperializminə qarşı birləşməli olduğunu zəruri sayan xətib deyib: “Şeyx Nimr (Ərəbistan şiələrinin rəhbəri) kimi bir çox alim və dindarlar İmam Musa Kazimin (ə) həyatından dərs alaraq uzun illər zindanda qalmış və Allah yolunda şəhid olmuşdur. Ancaq düşmən qarşısında təslim olmamışlar”.
Höccətül-islam Mehdi Teymuri çıxışının davamında deyib: “Dözümlülük, təvazökarlıq, güzəşt etmək, təqva və xalis ibadət İmam Kazimin (ə) xüsusiyyətlərindən olmuşdur. Hər bir müsəlman öz həyatında bu xislətlərə sahib olmaqla dünyəvi çətinliklərdən amanda qala bilər”.
Həzrət Musa Kazimin (ə) imamət dövrünün dörd zalım Abbasi xəlifəsi ilə eyni zamana düşməsinə toxunan xətib deyib: “İmam Kazim (ə), İmam Hüseynin (ə) yolunu davam etdirmiş, şiələrə təlim vermiş və onları hidayət etmiş, həqiqi İslama nəzm vermiş, onu möhkəmləndirmiş, bu yolda öz canını İslama qurban vermişdir”.
İslam camiəsində zülm və zorakılığa yer olmamasını vurğulayan xətib deyib: “Məsum imamlar din təlimləri və Quran əsasında müsəlmanlar arasında həqiqi İslam mədəniyyətini tərvic ediblər və müsəlmanları səadət və xoşbəxtliyə istiqamətləndiriblər”.
Mərasimin sonunda İmam Musa ibn Cəfərin (ə) şəhadəti münasibətilə əzadarlıq olunub.

  • Yazılıb
  • da (də) 2017 Apr 26
  • Göndərən مدير سايت Aran News