Tarix : 2017 Apr 26
Kod 51577

Yasamalda gərginlik: Sakinlərə xəbərdarlıq edilmədən evləri sökülür - VİDEO Kateqoriya : XƏBƏRLƏR ÖLKƏ Yayınlanma tarixi:25.04.2017 09:28:21 Paylaş Twitlə Söküntü işi aparanların sakinləri və jurnalistləri daşa basdığı deyilir

Aprelin 24-də gecə saatlarında Yasamal rayonu, Hüseyn Cavid prospektində ərazidə söküntü işləri aparmaq istəyən şəxslərlə sakinlər arasında qarşıdurma olub.
Sakinlərin Meydan TV-yə verdiyi məlumata görə, xəbərdarlıq edilmədən iş maşınları əraziyə gəlib və binaları sökməyə cəhd edib. Sakinlər deyir ki, bir müddət əvvəl binaların sökülməsi üçün onlara təkliflər edilib. Ancaq onlar həmin qiymətlə razılaşmayıblar. Nəticədə xəbərdarlıq edilmədən, sakinlər evdə olduğu halda ərazini sökmək istəyiblər.
Sakinlərin musavat.com-a verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.
Ərazidə çəkiliş aparan jurnalistlərin verdiyi məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər sakinlərə və onlara daş atıb, fiziki güc tətbiq ediblər. Evlərdən birinin uçurulduğu bildirilir. Mənzil sahibləri əşyalarını çıxara bilmədiklərini deyirlər.
Hadisə yerinə polislər gəlib, söküntü dayandırılıb.
Gecə saatları olduğundan "Olympus Park" yaşayış kompleksinin rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2017 Apr 26
  • Göndərən مدير سايت Aran News