Tarix : 2017 Apr 27
Kod 51580

Qarabağda daha bir erməni əsgəri məhv edilib

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun atəşkəsi pozan əsgəri cavab zərbəsi ilə məhv edilib
arannews-"İslaminSesi"nin verdiyi məlumata görə, AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ölən hərbçi 1998-ci il təvəllüdlü Karen Armeni Avedisyandır.
 Onun meyiti işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda aşkar edilib.
 Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bununla bağlı araşdırma aparıldığı bildirilib.
 Qeyd edək ki, ötən gün erməni əsgər, 1997-ci il təvvəllüdlü Narek Hmayak Harutyunyanın meyiti döyüş postunda aşkar edilmişdi.
  • Yazılıb
  • da (də) 2017 Apr 27
  • Göndərən مدير سايت Aran News