Tarix : 2017 Apr 29
Kod 51583

Milli Şura BŞİH-in təklifi ilə razılaşmayıb

Milli Şura aprelin 30-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
arannews faktxeber-ə istinadən:BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov açıqlamasında deyib ki, BŞİH mitinqin aprelin 30-da deyil, 29-da keçmiş “Məhsul” stadionunda keçirilməsini təklif edib.
 AXCP-nin Gənclər Komitəsinin sədri İlham Hüseyn isə  deyib ki, BŞİH-ə göndərilən müraciətdə mitinqin ünvanı kimi Nərimanov parkı və Sahil bağı göstərilib: “Ancaq Bakı Şəhər İcra Hakimiyyəti vaxtı və yeri dəyişib. Səbəb kimi göstərilib ki, istirahət günü mitinq keçirmək insanların istirahət hüququnu pozur. Əslində isə heç bir əsaslandırılmış səbəb yoxdur. Ona görə də biz təkliflə razılaşmadıq və mitinqin 29-da keçirilməsi ilə bağlı qərarımız yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət ediləcək”.
 İ. Hüseyn onu da deyib ki, BŞİH-in bu qərarına görə məhkəməyə müraciət edilə bilər.
  • Yazılıb
  • da (də) 2017 Apr 29
  • Göndərən مدير سايت Aran News