Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi -2” üzrə növbəti proses baş tutub
Arannews.com - VETENUGRUNDA.AZ-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, bu dəfə fasilədən sonra prosesin davamı baş tutmayıb.
İttiham olunanlar “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 dindar məhkəmə zamanı onlara qarşı baş verən qanunsuzluqdan danışdılar.
Məhkəmədə şahid qismində ifadə verən Sabunçu RPİ-nin əməkdaşı Yusif Qurbanov Elçin Qasımovun ona qarşı zorakılıq törətdiyini bildirib:
-Elçin Qasımov məsciddən çıxıb nalayiq ifadələr işlətdi. Biz onu zorla maşına mindirdik.
Bu zaman Elçin Qasımov məhkəmədə iki şahidin iştirak etdiyini dedi və bunun qanuna zidd olduğunu bildirdi. E.Qasımov vəkillərdən birinin prosesi tərk etməsini tələb etdi.
Hakim isə bir şahidin iştirak etdiyini, digərinin şahid olmadığını bildirdi.
E.Qasımov prosesdə iştirak edən ikinci şəxsin adının məhkəmə işində şahid kimi çəkildiyini desə də hakim ona əhəmiyyət vermədi.
Məhkəmədə şahidlik edən polis mayoru Y.Qurbanov ittiham olunan E.Qasımovun ona əl-qol atdığını və bunun nəticəsində papağının başından yerə düşdüyünü dedi.
Vəkil İradə Cavadova isə Y.Qurbanova etiraz etdi:
-Papağın başdan düşməsi zorakılıq əlamətidir?
Y.Qurbanov susdu.
Daha sonra E.Qasımov şahidə suallarını verdi:
-Y.Qurbanov deyir ki, məni güuya sahə müvəkkili Emin Babayevlə birgə tutub zorla idarəyə gətiriblər. Amma əslində 2015-ci il noyabrın 5-də məni Maştağa qəsəbəsində 14 saylı polis idarəsinə saxlayıblar.
E.Qasımov şahid Yusif Qurbanovu ilk dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gördüyünü bildirdi:
-Yusif müəllim, əgər yadınızdadırsa, o zaman mənə dediniz ki, sizi mənim üzümə durmağa məcbur edirlər və dediniz ki, məndən aslı olsa istəmərəm ki həbs olunasız, amma əlimdə deyil.
Amma siz yazmısız ki, guya mən dini mərasimlər zamanı məscidə gəlib, orada aqressiv təbliğat aparmışam.
E.Qasımov: Deyə bilərsiz, məsciddə mərasimlər saat neçədə başlayırdı?
Şahid bu saual cavab verə bilmədi.
Bu zaman hakim E.Qasımova acıqlandı: Siz şahidə əsas sualları verin!
E.Qasımov: İndi sizdən soruşuram siz adıçəkilən məsciddə heç ömrünüzdə bir dəfə olmusuz?
Y.Qurbanov: -Məscid tikiləndə olmuşam.
Hakim: Bu sual çıxrılıb
E.Qasımov: Yusif müəllim, əgər siz məsciddə olmamısınızsa, o zaman niyə görə yazmısınız ki, mən məsciddə mərasimlər zamanı aqressiv çıxışlar etmişəm. Bəs siz bu çıxışları necə eşitmisiz?
Y.Qurbanov: Başqası görüb danışıb mən də eşitmişəm.
E.Qasımov: Mən noyabırın 5-də məscidə getmədim. Siz isə ifadənizdə yazmısınız ki, guya mən noyabırın 5-də məsciddən çıxıb nalayiq sözlər işlətmişəm.
Şahid Y.Qurbanov susur.
E.Qasımov: Yusif müəllim, ağsaqqal adamsınız, görün, sizi bunlar nə hala qoyub ki, məcburiyyət qarşısında qalıbb yalan danışırsız və buna görə başınızı qaldırıb üzümə baxmağa utanırsız.
Şahid Y.Qurbanov utanıb başını aşağı salır.
E.Qasımov üzünü şahidə tutub: Sizin islah olunmağınızı istəyirəm. Allah sizi hidayət etsin.
Şahid Y.Qurbanov cavab vermədi susdu.
Hakim E.Qasımova müraciət edir: Siz şahid Yusi Qurbanova təsir etməyə çalışırsız. Başqa sual verin.
E.Qasımov: Yazmısız ki, mən məsciddən çıxıb söyüş söyəndə ətrafdakılar dağılışıblar. 3 saat sonra isə polis idarəsinə 300 nəfər adam gələrək etiraz edib. Bu necə olur?
Gəlin qanunları pozmayaq. Çünki ölkəmizi qanunlar xilas edəcək. Mən həbs olunanda üstümdə ancaq metro kartı var idi. Evdən məscidə metro ilə gəlib gedirdim. Amma bu qədər xalq sevgisi qazandıq. Bunu pul ilə əldə etməmişik. Bu sevgini pul il qazanmaq mümkün deyil.
Hakim E.Qasımova deyir ki, şahidə təsir etməyin.
E.Qasımov: Niyə bu adamı xilas etmiyim? Öz azərbaycanlımızdır. Yazıqdır, uşaqları var. Qoy xilas olsun.
E.Qasımov şahid Y.Qurbanova müraciət edir: Siz yazırsız ki, sizə qarşı zorakılıq etmişəm.
Şahid Y.Qurbanov: Hə, mənə kafir demisiz?
E.Qasımov: Bu zoarkılıqdı?
Hakim: Yox, demisiniz ki, cəhənnəmdə yanacaqsan. (zalda gülüşmə)
E.Qasımov: Noyabrın 5-də məni həbs etmisiz amma səhəri günü inzibati protokol yazmısız. Niyə 2 maddə ola-ola cinayət protokolu yox, inzibati protokol?
Səhərə qədər Azərbaycan polisi bizi döydü, ayaqlarını ağzımıza soxdu, elektoşok verdilər, üstümüzdən keçdilər.
Hakim şahidin əvəzində cavab vermək istəyir. Buz aman Elçin Qasımov etiraz edir: Siz niyə şahidin əvəzinə cavab verirsiniz? Siz hakimsiniz axı. Onda qoy o şahid getsin, onsuzda cavab verə bilmir, siz elə onun əvəzində də çıxış edin. Belə olmaz.
Bu zaman hakim E.Qasımovun mikrofonunu söndürür və ondan yerində oturmağı tələb edir.
E.Qasımov: Siz qanunları pozursunuz, sizi hakim hesab etmirəm, siz kimlərinsə hakimi ola bilərsiniz, mənim hakimim deyilsiniz.
Hakim yenə E.Qasımovdan təkidlə yerində oturmağı tələb edir.
E.Qasımov: Əmr etməyin, xahiş edin oturum.
Hakim: Oturun!
E.Qasımov: Xahiş edin, oturum.
Hakim: Oturun!
E.Qasımov: Oturmuram, mənimlə əmirlə danışmayın. Əsəbləşməyin, ürəyiniz tutar.
Digər müttəhim Nahid Qəhrəmanlı hakimə müraciət edir: Axı siz niyə grə şahidə sual veriləndə hirsənirsiniz? Biz dindarıq, əxlaqımız yol veməz ki, kimisə təhqir edək. Amma şahid Yusif Qurbanov ifadəsində yazıb ki, guya məsciddən çıxan Elçin Qasımov qəfildən qışqırıaraq nalayiq sözlər işlədib və onu söyüb. Məsciddən çıxan adam niyə qışqırır, niyə qəfildən söyüş söyür? Məgər dəlidir?
E.Qasımov: Həmin günü məscidə gəlməməişəm və qışqırmamışam, amma şahiddən soruşmaq istəyirəm ki, o niyə görə Emin Babayevin xidmət etdiyi ərzaiyə gəlmişdi?
Şahid Y.Qurbanov: Təsadüfən gəlmişdim.
Şahid Y.Qurbanov zalı tərk edir.
Hakim onu çağırıb zala qaytarır.
Müttəhim Ağaəli Yəhyayev şahiddən soruşur: Siz müsəlmansız? Sizcə məscidən çıxan şəxs niyə söyüş söyür?
Şahid Y.Qurbanov: O, belə elədi.
Müttəhim Ağaəli Yəhyayev şahidə: Sizi bizim üzümüzə durğuzublar. Məsciddən çıxan adam söyüş söyər?
Şahid Y.Qurbanov: Yox.
Hakim sualı yenidən təkrar edir.
Elçin Qasımlı üzünü şahidə tutub: Gəl etiraf edək ki, belə bir hadisə olmayıb.
Şahid utanıb başını aşağı salır. Susur və qəfil zalı tərk edir.
Hakim onu yenidən geri qaytarır.
Vəkil Fariz Namazlı şahidə deyir: Siz Taleh Bağırzadənin də məhkəməsində olmusunuz. O məhkəmədə vəkil Elçin İmanov sizə belə məsləhət gördü ki, M.Qorkinin “Lazımsız adam” əsərini oxuyasınız.
Hakim vəkilin təklifinə qəzəblənir.
Məhkəmə fasilə elan edir.
Daha sonra növbəti məhkəmə prosesinin gələn həftənin cümə günü saat 2-də baş tutacağını elan edirlər.
Qeyd edək ki, E. Qasımov 14 saylı polis idarəsindən oradan Sabunçu rayon polis idarəsinə, rəisin yanına aparıblar.
Qasımov bildirdiyinə görə onu döyüblər, elektroşok aləti ilə işgəncə veriblər. Daha sonra protokol tərtib ediblər, bundan sonra Qasımova qarşı cinayət işi açılıb və o, Kürdəxanı istintaq təcridxanasına göndərilib. Burada soyuq havada bütün gecə onu bayırda saxlayıblar.
14-24 dekabr tarixlərində Qasımov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, burada onu amansız işgəncələrə məruz qoyublar, Taleh Bağırzadəyə, AXCP lideri Əli Kərimliyə, Demokratik Qüvvələrin Milli Şurasına qarşı ifadələr verməyi tələb ediblər.
Qasımov yalnız polis onun atasını və ya qardaşını həbs etməklə hədələdikdə öz əleyhinə ifadə verib. Onu guya qaçmağa cəhd edərkən öldürməklə hədələyiblər.
Elçin Qasımov həbs olunduqdan üç həftə sonra, noyabrın 26-da polis Nardaranda xüsusi əməliyyat keçirib. “Müsəlman Birliyi” Hərəkatının 15-ə yaxın üzvü, o cümlədən hərəkatın lideri Taleh Bağırzadə həbs edilib.
30 gün başa çatdıqda Qasımova qarşı hakimiyyəti ələ keçirməyə cəhd, terrorçuluq və başqa ittihamlar irəli sürülüb. Analoji ittihamlarla daha 10 nəfəri – Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa İbrahimovu da həbs ediblər.
Məhkəmədə Elçin Qasımov ittihamların uydurma və yalan olduğunu bildirib.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp