Azərbaycan Respublikasının islamofob dövləti Bakıda İslam Həmrəylik Oyunlarının bitməsindən sonra Hacı Cavad məscidini sökməyi nəzərdə tutumuşdur.
Arannews.com Qafqaz Mədəniyyət Mərkəzi-nə istinadən: Redaksiyamızın mötəbər qaynaqlara əsasən verdiyi məlumata görə, İslam təzahürləri və simvollarına qarşı çıxan Azərbaycan hökuməti Bakının “Sovetski” ərazisində binaların sökülməsinin davamında bir sıra tarixi binaların, həmçinin Hacı Əbdürrəhim bəy məscidinin də plana düşdüyünü bəhanə gətirərək, dini və tarixi binaları sökmüşdür.
Hacı Əbdürrəhim bəy məscidini dağıtdıqdan sonra Bakı İcra Hakimiyyəti və ölkənin təhlükəsizlik amilləri Bakı şəhərinin polis qüvvələrinin müşayəti ilə Hacı Cavad məscidini sökmək istəyirdilər. Lakin bu dəfə ərazidə yaşayan möminlərin bərk etirazı ilə qarşılaşdılar. Möminlər bir neçə gün gecə-gündüz məscidin içində və ətrafında etikaf saxlayaraq onun sökülməsinə icazə vermədilər.
Bu hadisədən sonra dövlət geri çəkildi və ölkə prezidenti İlham Əliyev narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdi və möminlərdən təmkin göstərərək, komissiyanın öz işini apara bilməsi üçün ərazini tərk etmələrini istədi.
Dövlət başçısının göstərişindən sonra və İslam ölkələrinin Bakıda həmrəylik oyunlarının qarşıda olmasına və belə hərəkətlərin Azərbaycan Respublikasının simasını müsəlman ölkələri arasında zəiflədə bilməsinə diqqət etməklə məscidin sökülməsi prosesi dayandırıldı. Ancaq anti-din qüvvələrinin və hökumətin sifarişli nümayəndələrinin təbliğatları davam etdi.
Mötəbər qaynaqların verdiyi xəbərə görə İslam Həmrəylik Oyunlarından sorna Hacı Cavad məscidinin sökülməsi dövlətin planındadır və dövlət məscidi sökmək fikrindən dönməmişdir. Azərbaycan Respublikasının möminləri və ruhaniləri islamofibiya fəaliyyətlər və dini təzahürlərin məhvi ilə bağlı xəbərdarlıq ediblər və məscidlərin sökülməsinin qarşısında dayanacaqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının dövləti və parlamenti son illərdə bu ölkənin şiələrinə qarşı çoxlu məhdudiyyətlər yaradıblar. Ölkədə qəbul edilmiş qanuna görə dini bayraqlar və simvollardan tutmuş, Qum, Nəcəf və digər mühüm şiə elmi hövzələrində təhsil almış ruhanilərin imam camaat olmasına kimi ən adi dini təzahürlər də qadağan edilmişdir. Bakı dövlətinin şiə məktəbinə qarşı son hərəkətində Qum Elmi Hövzəsində təhsil almış höccətül-islam Hacı Sərdar Həsənli Masallı şəhərində cümə namazı təşkil etdiyi üçün həbs edilmiş və ona qarşı “xaricdə təhsil almış şəxslərin dini mərasimləri icra edilməsinin qadağası” və “qeyri-qanuni toplantı” qanunlarını pozması ittihamları irəli sürülmüşdür. Azərbaycan Respublikasında şiələrə qarşı bu təzyiqlər 200 nəfərdən çox ruhani və İslam maarifinin təbliğçisinin həbs edilməsi ilə nəticələnmişdir və beləliklə, Azərbaycan Respublikası “ən çox ruhani məhbusu olan ölkə” kimi məşhur olmuşdur.