Azərbaycan Respublikası dövlətinə qarşı mövzulara yer verən xəbər portalları blok edilib.
ArannewsTuran xəbər agentliyin-nə istinadən: Bakı şəhər Sabayil rayon məhkəməsində ölkədəki fəal xəbər portallarının qanunsuz hərəkətlərinə baxılıb.
Bu məlumata görə, Azadlıq, TuranTv, MeydanTv kimi müxalifət portallarına qarşı şikayətlər araşdırılıb.
Həmin portalları açmaq artıq qeyri-mümkündür.
Dövlətə qarşı həqiqətdən uzaq məlumatların yayılması, ifratçılığa yola açan materyalların dərc olunması həmin portalların blok edilməsinin səbəbləri kimi elan olunub.
Məlumatlara görə, Azərbaycan Respublikasında Facebook və Youtub-un da blok edilməsi ehtimal edilir.