Tarix : 2017 May 04
Kod 51606

Hakim Zeynal Ağayevin özbaşınalığına daha bir ziyalı etiraz etdi

"Utanc gətirən olaylar səngimir ki, səngimir..." Bu sözlər kinodramaturq, rejissor, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə məxsusdur.
Arannews vətən uğurunda qəzetin-ə istinadən: O, sosial şəbəkədə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən "Nardaran işi-3" prosesində baş verən olaylara münasibət bildirərkən bunları deyib:
"Bu gün Ağır cinayyətlər üzrə Məhkəmənin Zeynal Ağayev adlı hakimi ekssentrik bir hərəkətdə bulunub; belə ki, məhkəmə prossesinin gedişində,nədənsə, birdən-birə onun ürəyindən Bağdaddakı kor xəlifəni təqlid etmək keçib... Bəli, öz səlahiyyətlərindən məst olduğundan, gözü ayağının altını görməyən cənabi möhtərəm hakim, qətiyyən cənabi möhtərəm hakimə yaraşmayan bir tərzdə, prossesi izləyən jurnalistlərə qarşı əzələ nümayiş etdirib...əlbəttə, məcazi mənada!.. Daha dəqiqi, kobud, bir qədər də qeyri-etik şəkildə "Vətən uğrunda" saytının əməkdaşı Arzu Arzu Abdull Abdullanı məhkəmə zalından uzaqlaşdırıb.Özü də, tamamilə lüzumsuz və qanunsuz olaraq!

Z.Ağayevin ürəyi bununla da soyumayıb,-daha sonra o, elə həmin saytın baş redaktoru, ölkənin tanınmış simalarından biri, iman əhli və ləyaqətli insan Hacı Rövşən Əhmədlini də təhqir edib. Yenə də, tamamilə əsassız,üstəlik, ədalı-hikkəli şəkildə!..
Картинки по запросу eldəniz quliyev
Təbii ki, ədalət və qanunun ali keşikçisi sayılmalı olan hakimin bu sayaq hərəkəti, cavabsız qalmayıb - həm müttəhimlər, həm zaldakı izləyicilər, həm də KİV təmsilçiləri olaya kəskin etirazlarını bildiriblər və nəticədə, məhkəmə iclası pozularaq təxirə salınıb...
Sual olunur: hər hansı hakimin hüdudsuz səlahiyyətlərə malik olması ona "babası kor demiş" nəvəyə çevrilmək və gəlib -gedəni vurmağa haqq qazandırırmı?!
Sual olunur: hər hansı bir hakimin "qanadlanması", onun "uçulmamış dam-daş" qoymayan "qanadlı dəvələri" yamsılamasına icazə verirmi?!
Ətağa, əsl "To be,or not to be?"-di! ()"

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib.
Məhkəmə başlasa da hakim Zeynal Ağayevin mikrafonu işləmədi. Təqsirləndirilən şəxslər və onların vəkilləri bu barədə iradlarını bildirdikdən sonra texniki işçilər bu problemi həll etməyə çalışdılar.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayevin səsinin eşidilməməsini həm zalda oturanlar, həm təqsirləndirilən şəxslər, həm də jurnalistlər dəfələrlə hakimin diqqətinə çatdırsalar da tədbir görülməyib. Texniki problemləri aradan qaldırmaq əvəzinə hakim Zeynal Ağayev "Vetenugrunda.az" saytının müxbiri Arzu Abdullanın zaldan çıxaılmasını tələb edib. Səbəb isə jurnalistin şahid qismində iştirak edən Elman Ağayevin səsinin eşidilmədiyini hakimin diqqətinə çatdırması olub. 
 Hakimin jurnalistə qarşı kobud rəftarına "Vetenugrunda.az" saytının baş redaktoru Rövşən Əhmədli etiraz edəndə hakim Rövşən Əhmədlinin barəsində tədbir görülməsi barədə xüsusi qərardad çıxarıb, həmin qərarın icra edilməsi üçün Mətbuat Şurasına göndəriləcəyini bildirib və onun zaldam çıxarılmasını tələb edib.
 
Bu zaman təqsirləndirilən şəxslər etiraz ediblər
 
Hər iki jurlaistin zaldan çıxarılmasına təqsirləndirilən şəxslər etiraz ediblər, onlar medianın posesdə iştirakını tələb ediblər, əks halda prosesin təxirə salınmasını istəyiblər.
Hacı Zülfüqar Mikayılzadə hakimə bunun məqsədli şəkildə edildiyini bildirdi və qeyd etdi ki, jurnalistlər zala qaytarılmasa, məhkəmə olmayacaq.
Jurnalistlərin zala qaytarılmadan keçirilən məhkəməyə etiraz olaraq, Hacı Zülfüqar, Seyyid Elman üzlərini divara çevirib, əllərini qaldıırıb, ard-arda, uca səslə zalımların məhvinə dualar oxumağa və hamını ucadan Amin deməyə çağırdılar.
Zalı Alimlərin "İlahi, zalımları məhvi-nabud elə, Amin" səsləri bürüdü.
Hakim zalı tərk etməyə məcbur oldu.
Məhkəmə 8 may, saat 11:00-a təxirə salınıb
  • Yazılıb
  • da (də) 2017 May 04
  • Göndərən مدير سايت Aran News