Təbriz şəhəri 2018-ci il üçün “İslam dünyasının turizm paytaxtı” elan edilmişdir. Bu ad 2016-cı ildə Türkiyənin Konya şəhərinə, 2017-ci ildə isə Mədinə şəhərinə verilmişdi. Təbrizin İslam ölkələrinin turizm paytaxtı seçilməsi bir ilə yaxındır.
Arannews.com-Bu seçimdən daha yaxşı faydalanmaq üçün vətəndaşların onun keçirilməsində yaxından iştirakını çox önəmli hesab edən Təbriz Şəhər Bələdiyyəsi bu mövzu üzrə mühəndislik-inşaat, mədəniyyət, incəsənət və ictimai proqramların yazılması üzrə “Təbriz-2018 üçün Üstün İdeya” müsabiqə keçirməyi nəzərdə tutmuşdur.
Müsabiqədə iştirak etmək istəyən bütün Təbriz əhalisi, habelə ölkənin və dünyanın hər yerində yaşayan Təbriz sevərlər öz ideya və fikirlərini qısa mesaj formasında yazılı surətdə sosial şəbəkələr, e-poçt vasitəsilə, yaxud əlyazma surətində müsabiqənin katibliyinə göndərə bilərlər.
Bu müsabiqənin əsas üstünlüyü üstün fikirlərə – təqdim edən qrupun onu icra etməsinin mümkün olduğu surətdə – maddi dəstək verilməsidir.
Müsabiqənin mükafatları:
Birinci yer: 30 milyon rial
İkinci yer: 20 milyon rial
Üçüncü yer: 10 milyon rial
Dördüncüdən onuncu yerlərədək: dərəyli mükafatlar.
Bütün iştirakçılara xatirə hədiyyəsi veriləcək.
Zaman: ordibehişt 1396
Müsabiqənin katibliyinin ünvanı: Təbriz, Azadi prospekti, Əbu Reyhan küçəsinin girişi, Təbriz Bələdiyyəsinin mərkəzi binası, Ümumi və beynəlxalq münasibətlər idarəsi.
Teleqram ünvanı: @tabriz2018ideas
E-poçt: tabriz2018ideas@gmail.com