İran İR -da keçiriləcək 12-ci prezident seçkiləri yaxınlaşdıqca seçkilərin favoriti məlum olur. Bu favoritin kimliyini isə İran İR-nın və İslamın düşməni olan ölkələrin KİV-lərini izləməklə asanlıqla müşahidə etmək mümkündür
İran İR-nın banisi rəhmətlik İmam Xomeyni deyirdi: “Əgər düşmən sizi tərifləyirsə, baxın-görün harda səhv buraxmısız”… Həqiqətən də İran İR qurulandan bu yana bütün bəşəriyyətin düşməni olan sionizm və imperializmin İranda “islahatçı” adı ilə təqdim etdikləri lideral namizədləri daima dəstəkləyib, əvəzində isə mühafizəkar dindarlardan olan namizədlər barəsində olmazın yalanlar və böhtanlar yaymaqla məşğul olub. Sual olunur, görəsən səbəb nədir? Nəyə görə İsrail və Qərb niyə “islahatçı” adlandırdığı liberal namizədləri açıq-aşkar dəstəklədikləri halda, mühafizəkar dindarların namizədlərinə qarşı bu cür amansız mövqe tuturlar?
Bu sualın cavabı İran xalqına yaxşı məlum olsa da, İran İR xalqı və ölkənin daxili siyasəti ilə o qədər də tanış olmayan Dünya ictimaiyyətinin əksər hissəsi uzun illər bunun səbəbini o qədər də başa düşmürdülər. Amma 2009-cu il prezident sekçiləri və həmən vaxt İsrailin və Qərb imperializminin İranda yaratmaq istədikləri fitnə zamanı bütün sirrlərin üstündəki pərdə açıldı. Beləki, 2009-cu ildə İranda prezident seçkiləri ərəfəsində və seçkilərdən dərhal sonra həyata keçirilməyə səy edilən uğursuz rəngli inqilab cədhi zamanı İsrail və Qərb İran İR-dan nə istədiklərini artıq açıq şəkildə bəyan etməyə başladılar. Sionizmin İran küçələrinə çıxardığı bir qrup insanların “rəngli inqilab” şüarları əsas iki məqamı hədəfə almışdı:
1) Sionizmin və imperializmin qarşısında ən böyük maneə olan Vilayəti-Fəqih üsul idarəsi,
2) Sionizmin bütün Yaxın Şərqi işğal etməsi planlarını alt-üst edən Müqavimət Hərəkatlarının – Hizbullah, Həmas, İslami Cihad və s. himayə edilməsi.
Əslində İsrail və Qərbin bu hiyləsi və təlaşları başa düşüləndir. 2009-cu il seçkilərinin favoriti olan sabiq prezident Mahmud Əhmədinejad qalib gələndən sonra İran İR prezidenti kimi hətta BMT tribunasında sionistlərin Holokost fırıldağı ilə on illərdir dünya ictimaiyyətini aldatdıqlarını və özünü “məzlum” görkəmində təqdim edən İsrail sionist rejiminin, əslində faşist Almaniyasından daha təhlükəli olduğunu tutarlı faktlarla sübut etdi. Sizcə sioniszm, belə bir namizədi və bu cür namizədləri irəli sürən mühafizəkarlar düşərgəsini bəyənərmi? Halbuki Əhmədinejaddan qabaqkı prezident – islahatçılar düşərgəsindən olan Məhəmməd Xatəmi prezident seçilən ərəfədə Qərb mətbuatı onu təbliğ etməkdən ötrü rədidən-qabıqdan çıxırdı. Hətta Xatəmiyə – “Ayətullah Qorbaçov” ləqəbi verərək ondan İran İR-nı parçalamağı gözlədiklərni də gizlətmirdilər…
İndi yenidən İranda prezident seçkiləridir. Yenə də “köhnə hamam, köhnə tas”. Sionizm və imperializm kimdən qorxduğunu atrıq açıq-aşkar bəyan edir: mühafizəkarlar düşərgəsindən namizəd Seyyid İbrahim Rəisi!.. İslam düşmənləri seçkilərin favoritlərindən olan Rəisi əleyhinə bütün dünya KİV-lərini işə qoşub və bu namizədin barəsində uşaq başı aldadan yalanlar yaymaqdan belə çəkinmirlər.
Seyyid İbrahim Rəisi İsraili və onun İŞİD adlı qapan itlərini lərzəyə gətirən General Qasim Süleymani ilə
Əvəzində isə İsrail və Qərb mətbuatı islahatçıların namidəzini elə müdafiə edirlər ki, sanki İran xalqı İsrail və ya ABŞ xalqı üçün prezident seçir… Zənnimizcə islahatçıların namizədi bu mənzərəni görüb rəhmətlik İmam Xomeyninin dahi kəlamını yada salmalıdır: “Əgər düşmən sizi tərifləyirsə, baxın-görün harda səhv buraxmısız”…
Təbii ki, İsrailin regiondakı strateji tərəfdarlarından olan Azərbaycan Respublikasının bəzi KİV-lərin də sionizmin mərkli və çirkli oyunlarından kənarda qalmır, sionizmə olan sadiqliklərini hər vəclə ağalarına isbat etməyə çalışırlar. Beləki, Azərbaycanda fəaliyyət göstərən – (özünün fəaliyyət funksiyasına uyğun olaraq) İran İR və şiə təriqətinə qarşı xüsusi qərəzi ilə seçilən “axar.az” saytı İsrail və onun Qərb havadarlarınin sifarişi ilə İrandakı prezident sekçilərinin mühafizəkarlar düşərgəsindən olan favorit namizəd Seyyid İbrahim Rəisinin əleyhinə böhtan dolu xəbər yayıb: güya “ötən əsrin əvvəllərində Azərbaycan türklərinin qətliamına fərman vermiş bir nəfərin nəvəsi – Arman Simitko adlı şəxs İran prezidentliyinə namizəd İbrahim Rəisinin seçki qərargahının əsas məsullarından biri təyin edilib(!)”. Amma qeyd edək ki, xəbəri azacıq diqqətlə oxuduqda, məlumatın yalan olduğunu elə “axar.az” saytının özü tərəfindən təsdiqləndiyini görmək mümkündür. Beləki, sözü gedən xəbərdə o da məlumat verilir ki, “güya İbrahim Rəisinin seçki qərargahının əsas məsullarından biri olduğu iddia edilən Arman Simitko bölgədə PKK və Pejak terror qruplaşmalarının tərəfdarı kimi tanınır”…
Bu xəbəri yayan “axar.az” xalqı nə yerinə qoyub məlumdur, amma xəbəri yayan təxribatçıya demək lazımdır ki, “qoltuğundan sallanan xoruzun quyruğu görsənir”. Çünki iran İR regionda yeganə ölkədir ki, İsrail və Qərb tərəfindən dəstəklənən PKK və Pejak kimi terrorçu qrupların fəaliyyətini öz ərazisində tamamilə məhv edib! Əksinə, PKK və Pejak kimi terrorçu qrupların İsrail tərəfindən dəstəkləndiyini bütün dünya bilir. Hətta sionist İsrail rejimi İraqın şimalında müstəqil Kürd dövlətinin qurulmasına razılığını da artıq açıq şəkildə bəyan edir. Bundan əlavə, İraqın Kürd bölgəsinin rəhbəri Məsud Bərzaninin atası Molla Mustafa Bərzaninin İsrailin MOSSAD casus şəbəkəsinin ştatlı casusu olduğunu da bütün dünya bilir. Belə olan halda “axar.az” saytına sual olunur, PKK və Pejak-ı kim dəstəkləyir? Bölgədə Kürdüstan adlı “ikinci İsrail” yaratmaq planları ilə kim razıdır: İsrail, ABŞ və Avropa, yoxsa İran İR, İraq, Suriya və Türkiyə? Məgər bu sualın cavabı kiməsə sirrdir? Elə isə “azar.az” saytı bu cür yalanlar yaymaqla xalqı nə yerinə qoyur?!