Tarix : 2017 May 08
Kod 51633

Moskva öz mövqeini üzə çıxarır: Qarabağı bölmək üçün yeni plan

Rusiya, Qarabağ ətrafında 5 rayonu Azərbaycan Respublikasına qaytarmaqla regionda daha geniş əməkdaşlıq etmək üçün bu ölkənin və Türkiyənin müsbət nəzərini özünə cəlb etmək, digər tərəfdən də Qarabağ ətrafında iki şəhəri Ermənistanın işğalında saxlamaqla İrəvana onun yanında olduğunu çatdırmağa çalışır.
AranNews – Azərbaycan Respublikasının mediasının verdiyi xəbərlərə görə Kremlin ideoloqu kimi tanınan filosof və politoloq Aleksandr Duqin dünəndən Azərbaycanda səfərdədir. Onun bu ölkəyə səfərində diqqəti çəkən məsələlərdən biri də Azərbaycanın camiəsini tolerant bir camiə göstərmək məqsədi daşıya bilər. A. Duqinin İsmayıllı rayonunun xristianlar məskunlaşmış bölgələrə səfər etməsi bu ölkədə xristianların müsəlmanlarla birgə dinc şəraitdə yaşaması mesajını verir. Bu da Qarabağ münaqişəsi həll ediləcəyi surətdə Qarabağ ermənilərinin bu ölkənin müsəlmanları ilə dinc şəraitdə yaşaya biləcəyinə aid bir nümunəyə işarədir.
Bu, həm də dünya ictimaiyyətini ermənilərin Azərbaycanda bütün etnik qruplarla sülh və rifah içində yaşaya biləcəyinə qane etmək üçündür. 
SSRİ-nin parçalanmasından sonra Ermənistan tək milliyyətli bir ölkəyə çevrildi və bu məsələ hər kəsdən daha artıq Duqin və onun kimilərə aydındır.
Duqin: Qarabağ ətrafında beş rayonun Azərbaycana qaytarılmasını şəxsən Çavuşoğlu ilə müzakirə etmişik.
A. Duqinin Azərbaycan Respublikasına səfərinin digər məqsədlərindən birini də bu ölkənin ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması və iki ölkə arasında münasibətlərə təsiri bilmək olar. Duqin səfər çərçivəsində qeyd edib ki, əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qatarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq.
Kermlin elçisi çıxışının digər hissəsində vurğulayıb ki, Qarabağ indiki şəraitdə Ermənistan tərəfindən idarə edilməsinə baxmayaraq Azərbaycanın tərkib hissəsidir. 
İdeoloq dolayısı ilə Avrasiya İqtisadi Birliyi məsələsini ortaya qoymaqla Rusiyanı Azərbaycanın ərazi bütövlüyünü zəmanət verə bilən yeganə ölkə kimi göstərməyə təlaş edib.
Qeyd edək ki, Rusiyanın Cənubi Qafqazda hərbi gücü və nüfuzu ilə yanaşı ciddi narahatlıqları da vardır. Ermənistan dövləti Mokvanı daim təhdid edir ki, rus qoşunları İrəvanı dəstəkləməyəcəyi surətdə onun əvəzinə qərb ordusunu ölkəyə gətirəcək.
Rusiya beş rayonu Azərbaycana qaytara bilsə, bəlkə də Bakı Avrasiya İqtisadi Birliyinə doğru daha çox yönələr. 



  • Yazılıb
  • da (də) 2017 May 08
  • Göndərən مدير سايت Aran News