Tarix : 2017 May 09
Kod 51637

İLQAR MƏMMƏDOV- HAKİMİYYƏT ONU NİYƏ AZAD ETMİR?

2013-cü ilin yanvar ayının 23-də İsmayıllı rayonunun mərkəzində kütləvi ixtişaş başlandı. Bu ixtişaş İsmayıllı rayon icra hakimiyyətinin başcısı Nizami Ələkbərovun istehfa tələbi ilə etiraz aksiyasına çevrildi. Nəticədə 60 nəfər saxlanıldı. Aksiya zamanı iştiraçıları qovmaq üçün xüsusi təyinatlı polislər gözyaşardıcı qumbaralar və su şırnağından istifadə edirdilər.
Onların arasında REAL Vətəndaş Hərəkatının rəhbəri İlqar Məmmədov da var idi.

Baş verənlərdən bir ay sonra İlqar Məmmədovu AR Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkiletmə və ya bu cür hərəkətlərdə fəal iştiraketmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddələrinə əsasən həbs olunur və barəsində 7 il həbs-qətimkan tədbiri seçilir.

Amnesty İnternational daxil olmaqla insan haqlarının qorunması sahəsində fəaliyyət göstərən bir sıra nüfuzlu beynəlxalq təşkilatlar İlqar Məmmədovu vicdan məhbusu kimi tanıdılar. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dəfələrlə onun təcili azadlığa buraxılması və hüquqlarının bərpa olması tələbi ilə qərarlar qəbul etdi. Lakin bu qərarların heç birinə əməl olunmadı.

Qeyd: İlqar Məmmədov 1970-ci ildə Bakıda anadan olub. İxtisasca tarixşünas və politoloqdur. Sovet ordusunda xidmət edib. 1994-2000-ci illər ərzində Bakı Dövlət Universitetində elmi işci vəzifəsində çalışıb. O Avrointeqrasiya Milli İctimai Komitəsinin əsasını qoyub və onun sədri olub. 2007-ci ildə Qara Dəniz müşavirliyində regional nümayəndə seçilib (Black Sea Trust). 2007-ci ildən isə o, Avropa Şurasının siyası elmlər proqramının rəhbəridi. 2006-ci ildən etibarən İlqar Məmmədov Acıq Cəmiyyət İnstitunun Direktorlar Şurasının üzvüdür ( Soros Fondu).

Hansı xüsusiyyətinə görə İlqar Məmmədov hakimiyyətin “xətrinə dəyib”?

Artıq 4 il 3 aydır ki, İlqar Məmmədov həbsdədir. Həbsxana rəhbərliyi ona yalnız ailə üzvləri və vəkilləri ilə görüşməyə icazə verir. Tərəfdaşları 4 ildir ki, onunla görüşüb danışa bilmir, hal-əhval tutub gələcək planları haqqında soruşmağa imkan tapmırlar. Məmmədovun tərəfdaşı, REAL Hərəkatının katibi Natiq Cəfərli deyir: “Ötən il mart ayında 15 məhbus əfv olunanda biz düşündük ki, bəlkə İlqarın da adı onlar arasında olar. Bu il də eyni ümidlə siyahını gözləyirdik. Vəkilinin dediyinə görə, İlqar heç özü də inanmır ki, onun adını əfv siyahısına salarlar. Düşünür ki, ona verilən 7 ilin hamısını yatacaq. Lakin biz - onun dostları ümidimizi hələ də itirməmişik ...”

Suallar yaranır: hansı xüsusiyyətinə görə İlqar Məmmədov hakimiyyətin “xətrinə dəyib”? Hakimiyyəti narahat edən bu gənc lider kimdir? Niyə görə məhz, o, təhlükəli sayılır?

Məktəbli- üsyançı, tələbə- aktivist
İlqar Məmmədov məktəbdə (solda)
İlqar Məmmədov məktəbdə (solda)
İlqar Məmmədov Bakıda Sovet intellektuallarının ailəsində doğulub. Onun iradəli olması və liderlik bacarıqları hələ məktəb illərindən özünü büruzə veri. 1986-1987-ci illərdə o, məktəbdə formal olmayan təşkilat yaradır və məktəb rəhbərliyinin icazə vermədiyi “icazəsiz divar qəzeti” yayımlayır. Bu hərəkətdən sonra məktəb rəhbərliyi onun valideynlərini məktəbə cağırıb onun “azad ruhlu” olmasından şikayət edirlər.

Moskva Dövlət Universitetinə qəbul olduqdan sonra o, tələbə gənclər hərəkatına üzv yazılır. İlqar 1990-ci il 20 Yanvar hadisələrindən sonra Moskvada Azərbaycan nümayəndəliyi arasında sovet qoşunlarının Bakıya girməsinə etiraz edən ilklərdən olub.

İ. Məmmədov (uşaqlıq)
İ. Məmmədov (uşaqlıq)
İ. Məmmədov (məktəbli)
İ. Məmmədov (məktəbli)
İ. Məmmədov (Sovet ordusunda xidmət edərkən)
İ. Məmmədov (Sovet ordusunda xidmət edərkən)
1998-ci ildə onu Azərbaycan Milli Azadlıq Partiyasının sədr müavini seçdilər. Lakin 2003-cü ildə İlqar partiya sıralarını tərk etməli oldu.

REAL Hərəkatının üzvü Azər Qasımlı bizlə öz xatirələrini bölüşür: “İlqarla tanışlığımız 2004-cü ildə baş tutmuşdu. O zaman mən M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturaya qəbul üçün imtahan verirdim. Dil imtahanında rus dilində danışmaq üçün məqalə verdilər. Bu məqalənin müəllifi İlqar idi”.

Avropa mərkəzçiliyi prinsipi
“İlqar həm də çox mübariz insandır. O, bu uzun və çətin 4 illik həbsdə sınmadı. Hər siyasi məhbus bu cür uzun sınağı şərəflə başa vurmur. Bu, həm də onun möhkəm iradəsinin göstəricisidir”. Bu sözləri müxalifyönümlü “Milli Şura” blokunun sədri Cəmil Həsənli söyləyir. Baxmayaraq ki, Cəmil Həsənli İlqar Məmmədovun siyasi oponenti sayılır. ( onların hər ikisi 2013-cü ildə prezident seçkilərində namizədliklərini irəli sürmüşdülər). Cəmil bəy onun haqqında ancaq xoş sözlər söylədi. O, İlqarı birmənalı olaraq prinsipial Avropa mərkəzçisi hesab edir.

“İlqar Məmmədovu hələ 90-lardan tanıyıram. Bir siyasi lider kimi o, öz intellekti, dünya görüşü və savadı ilə kütlədən seçilirdi. Bunlardan savayı bir insan kimi o, öz dəyərlərinə bağlı biridir. O, hələ siyasətlə məşğul olmamışdan əvvəl, tədris fəaliyyətində Avropa mərkəzçiliyinin tərəfdarı idi. O, hər zaman Azərbaycanın gələcəyini Avropa müstəvisində görürdü”.

REAL
Soldan sağa, İ. Məmmədov, Erkin Qədirli, Azər Qasımlı, Natiq Cəfərli. ReAL-ın iclası
Soldan sağa, İ. Məmmədov, Erkin Qədirli, Azər Qasımlı, Natiq Cəfərli. ReAL-ın iclası
Azərbaycanın siyasi xəritəsində REAL adı 2009-cu ildə ortaya çıxdı. Hərəkatı İlqar və bir necə gənc siyasətçi yaradıb. Ölkənin aşağı sosial nümayəndələrinin təmsil etdiyi ənəvi müxalifətçilərdən fərqli olaraq, bu hərəkatın üzvləri orta səviyyəyə aid olan uğurlu siyasətçilər, iqtisadçılar, tarixçilər və hüquqşunaslar idi. Onları Azərbaycanın yeni müxalifəti adlandırmaq olar.

İlqar və hərəkatın digər üzvləri sosial şəbəkərdə aktiv fəaliyyətlə məşğul idilər, söz azadlığı, demokratiya, Avropaya inteqrasiya, dünyəvi dəyərlər mövzusunda mühazirələr keçir, intelektual elita və narazı gənclər arasında populyarlıq qazanmışdılar.

“Onunla şəxsən 2010-ci ildə tanış olmuşam. Ona qədər onun haqqında çox eşitmişdim. Gənc, perspektivli, savadlı, qərbyönümlü siyasətçi- Azərbaycan mətbuatı onun bu cür təsvir edirdi”- Hərəkatın üzvi olan Azər Qasımlı bizimlə bölüşür: “Biz bir-birimizə çoxlu suallar verirdik. Əsasən siyasətdən, ölkədəki mürəkkəb siyasi quruluşdan, cəmiyyətin qarşısında duran əsas çətinliklərdən danışırdıq. İlk görüşdən o mənə səmimi, şən, əxlaqlı, düzgün biri kimi təsir bağışlamışdı. Və ilk təəssüratım hələ də dəyişməz olaraq qalır”.

2013-cü il prezident seçkilərində REAL Hərəkatı öz namizədini – Hərəkat rəhbəri İlqar Məmmədovun namizədliyini irəli sürmək qərarına gəldi. Lakin onun seçkilərdə iştirakına iki maneə vardı: 1. MSK İlqarın namizədliyini qeydiyyata almadı; 2. İlqar həbs olundu.

İ. Məmmədov Dünya Miyatoviçlə. 2012
İ. Məmmədov Dünya Miyatoviçlə. 2012
Hakimiyyət nədən qorxur?
REAL Hərəkatının digər üzvü Altay Göyüşov İlqar Məmmədovu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və rusiyalı müxalifətçi, “Korrupsiya ilə mübarizə fondunun” yaradıcısı Aleksey Navalnı ilə müqaisə edir. Hesab edir ki, onun ölkənin savadlı gəncləri və elitar orta təbəqə arasında artan populyarlığı hakimiyyətin əsas qorxusudur.

“Etiraf etmək lazimdır ki, Azərbaycanda heç bir hərəkat lideri bu qədər uzun müddətli həbsdə saxlanılmayıb. Bunun ciddi səbəbləri olmalıdır. İlqar sıralarına çoxsaylı gənclər və əhalinin orta səviyyə nümayəndələrinin qatıldığı bir sıra təşkilatlar yaratmışdı. Bu qatılım nəticəsində onlar savadlanıb, siyası həyatda aktiv iştirak etməyə başlayırdılar. İlqar böyük oyanışın aparıcılarından biri idi”.

O, hesab edir ki, İlqar Məmədovun keçirilən bütün böyük etiraz aksiyalarında- 2009-cu ildə Neft Akademiyasında qanlı faciə, cəbhədəki əsgər ölümünə son- insanlar arasında, gənclər arasında olması hakimiyyəti daha da qorxutdu: “O, ölkənin müxtəlif yerlərində etiraz aksiyalarının olduğunu eşidəndə özünü tez oraya çatdırır, iştirakçıların özündən etiraza səbəb haqqında maraqlanırdı. Cəmiyyətdə dəyişiklik yarada bilən bir siyasətçi olduğundan onu həbs elədilər. Əhalinin siyasətdən uzaq olan təbəqəsini oyatma potensialının olması və hadisələrin birbaşa mərkəzində olma cəsarətinə görə onu icəridən buraxmırlar”.

Natiq Cəfərli həm də hesab edir ki, hakimiyyət İlqarın timsalında ciddi rəqib görür: “Əlbəttə ki, ölkədə normal demokratik ab-hava olsaydı, İlqar və onun hərəkatı hakimiyyətin ən aparıcı bəlkə də ən birinci siyasi alternativi olardı. Bu gün artıq İlqarı və onun komandasını ölkədə kifayət qədər insan tanıyır”.

İlqar Məmmədovun həbsi ilə hakimiyyət hansı məqsədə nail oldu?
Natiq Cəfərli ehtimal edir ki, İlqarı iki əsas səbəbə görə həbs etdilər: “Birincisi, hakimiyyət düşündü ki, həbs etməklə onu asanlıqla “sındıra” biləcək. Bununla da rəqibi cücərməkdə olan toxum mərhələsində aradan qaldırdılar. Bundan savayı, onlar düşünürdülər ki, İlqarın həbsi ilə REAL Hərəkatını dağıdacaqlar. Onların fikrinə görə, bütün siyasi təşkilatlar kimi REAL-da da liderin həbsi təşkilatın dağılmasına gətirib çıxaracaq”.

Avropa Məhkəməsinin qərarına əhəmiyyət verilmir
AİHM 2014-cü ilin may ayında İlqar Məmmədovun həbsinin siyasi motivlərlə olması haqqında qərar qəbul etdi və Azərbaycan hakimiyyətinin ona 22 min avro kompensasiya ödəməsinə öhdəlik verdi.

Natiq Cəfərli: “Maraqlıdır ki, hakimiyyət İlqara maddi kompensasiya ödədi, lakin onu azadlığa buraxmadı. Belə çıxır ki, hakimiyyət Avropa Məhkəməsinin qərarını qəbul edib kompensasiya ödəmə hissəsini icra edir, amma azadlığa buraxma hissəsini icra etmir. Belə bir absurd hal yaşanır”.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin ikinci qərarından sonra onların lideri azadlığa çıxmalıdır:

“Əgər hakimiyyət bu il növbədənkənar prezident seçkiləri keçirməsə, biz 2018-ci ildə keçirilən seçkilərdə İlqar Məmmədovun namizədliyini irəli sürəcəyik. Lakin İlqar Məmmədovu azadlığa buraxmasalar və ya onun namizədliyinin verilməsi ilə bağlı hər hansı maneələr yaratsalar, biz əmin olacağıq ki, hakimiyyət onu güclü bir lider kimi görür”.

P.S. Bu məqalənin hazırlandığı günlər, aprelin 27-si İlqar Məmmədovun həyat yoldaşı Avropa Şurasının keçirdiyi iclasda oldu. Vəfa Məmmədova iştirakçılara belə bir müracətlə çıxış etdi:

İlqarla 16 il əvvəl ailə qurmuşuq. Bu müddət Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətə bərabərdir. Bu illərin dörddə birini mən onu həbsxanada ziyarət edirəm. Mən özümə “siyasətçi ilə niyə evləndim?” sualını yox, sizdən- Parlament Assambleyasından soruşuram: niyə Azərbaycanı Avropa Şurasına qəbul etdiniz?”
  • Yazılıb
  • da (də) 2017 May 09
  • Göndərən مدير سايت Aran News