İslam Həmrəylik Oyunları mayın 12-də Bakı şəhərində baş tutacaq və 10 gün davam edəcək.
AranNews - İslam Həmrəylik Oyunları mayın 12-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində baş tutacaq və 10 gün davam edəcək. İdman oyunlarında fərdi və komanda idman növləri üzrə 57 müsəlman ölkəsinin qadın və kişi idmançıları iştirak edəcək.
Bu yarışlarda qadın idmançılar üçün hicab məcburiyyəti olmasa da idmançıların adlarının elan edilməsinə və qadın idmançıların sayının çox olmasına diqqət etməklə demək olar ki, Misir, Pakistan, İordaniya, İran, Qətər, Maleziya və s. ölkələrdə baş tutmuş İslam Həmrəylik Oyunlarında qadın idmançıların hicablı yarışa qatıldığı kimi Azərbaycanda da islami hicabla iştirak edəcəklər. Yüngül atletka, qılınc oynatma və s. kimi oyunların iştirakçılarının çoxu hicablı olacaq.
Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsində diqqəti çəkən bir məsələ vardır ki, istər-istəməz insanın zehnində müxtəlif suallar yaradır. O cümlədən, Azərbaycan dövləti bu müsabiqəni keçirməkdə hansı məqsəd güdür? Ötən illər ərzində dövlətin dindarlara qarşı siyasəti və əməli hərəkəti İslam Həmrəylik Oyunları ilə nə qədər uyğundur?
Azərbaycan dövlətinin ötən illərdəki hərəkətlərindən məlumdur ki, Bakıda bu oyunların keçirilməsi və ötən aylarda ölkə rəsmilərinin çıxışlarında yer alan İslam həmrəyliyi ilə yanaşı bu ölkədə islamçı dindarların fəaliyyətinə qarşı sərt məhdudiyyətlər vardır.
Bir neçə il bundan öncə dövlət vahid məktəbli forması bəhanəsi ilə təhsil mərkəzlərində hicabı qadağan etdi. Bu qanun ölkənin bir çox şəhərlərində kəskin etirazlarla qarşılaşdı. Bir çox dindarlar bu etirazlara görə saxlanıldı və uzun müddətli həbslərə məhkum olundu. Həbsxanada hicab məhbuslarına ağır təzyiqlər göstərildi. Hicab məhbusu Vaqif Abdullayev dözülməz işgəncələr altında şəhid oldu. Məktəblərdə hicabın qadağan olunmasına etiraz edən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov bu etiraza görə uzun müddətli həbs cəzasına məhkum olundu və daim karsda saxlanılır.
Göründüyü kimi Azərbaycan hakimiyyəti son illərdə ölkənin şiə dindarlarına qarşı ən sərt məhdudiyyətlər qoymuşdur. Bu ölkədə qəbul edilmiş qanuna əsasən, bayraq kimi dini simvollardan tutmuş, Qum və Nəcəf kimi dini hövzələrdə təhsil almış tələbələrin camaat namazı bərpa etməsinə qədər ən adi dini təzahürlər qadağan edilmişdir.
Bakı dövlətinin şiə məktəbinə qarşı son hərəkətində Qum Elmi Hövzəsində təhsil almış höccətül-islam Hacı Sərdar Həsənli Masallı şəhərində cümə namazı təşkil etdiyi üçün həbs edilmiş və ona qarşı “xaricdə təhsil almış şəxslərin dini mərasimləri icra edilməsinin qadağası” və “qeyri-qanuni toplantı” qanunlarını pozması ittihamları irəli sürülmüşdür. Azərbaycan Respublikasında şiələrə qarşı bu təzyiqlər 200 nəfərdən çox ruhani və İslam maarifinin təbliğçisinin həbs edilməsi ilə nəticələnmişdir və beləliklə, Azərbaycan Respublikası “ən çox ruhani məhbusu olan ölkə” kimi məşhur olmuşdur.
Şəhər salınması bəhanələri ilə məscidlərin sökülməsi də Bakı dövlətinin son vaxtlar həyata keçirdiyi digər islamofobiya hərəkətlərindəndir. Hətta, mötəbər qaynaqların verdiyi xəbərlərə görə İslam Həmrəylik Oyunları bitdikdən sonra “Hacı Cavad” məscidinin sökülməsi planlaşdırılıb.
Belə nəzərə gəlir ki, Azərbaycan dövləti İslam Həmrəylik Oyunları keçirməkdə iki əsas məqsəd güdür. Birincisi budur ki, Azərbaycan Respublikasının islami məsələlərə diqqət etməsini və əhəmiyyət verməsini göstərmək və bununla İslam ölkələri arasında yerini möhkəmləndirmək istəyir. İkincisi isə bu oyun vasitəsilə özünə islami sima vermək, Qarabağ münaqişəsində və Ermənistanla konfliktdə İslam ölkələrinin dəstəyinə nail olmağa çalışır.
Azərbaycan dövlətinin islamofibiya hərəkətlərinə və islamçılara qarşı hər gün artmaqda olan davranışlarına diqqət etməklə aydındır ki, məhz İslam Həmrəylik Oyunları keçirmək Bakının öz məqsədlərinə çatmasına yardımçı ola bilməyəcək. Bu oyunların ruhu Azərbaycan dövlətinin islamofobiya əməlləri ilə təzadlıdır. Ona görə də Azərbaycan dövləti məqsədlərinə çatmaq üçün öz siyasət və proqramlarında əsaslı dəyişiklik etməlidir.