İslaminSesi dw.com-a istinadla xəbər verir ki, sionist İsrail rejimi ərəb dilini ikinci rəsmi dil statusundan məhrum etmək niyyətindədir. Nazirlər komissiyası artıq ərəb dilinin rəsmi statusdan çıxardılaraq yalnız "xüsusi status" kimi təyin edilməsini tələb edən qanun layihəsini təsdiq edib.
Anoloji təşəbbüs 2014-cü ildə uğursuzluqla nəticələnmişdi. Qan,un layihəsi qəbul edilməsi üçün hələ Knessetdə iki oxunuşdan keçməlidir. Tənqidçilər bu normanın ərəb və digər azlıqları təhqir edəcəyini bildirirlər. Qeyd edək ki, 8,7 milyon israillilərin 20 faizindən çoxu ərəbdir.